Yuxarı

Nazir qonaqları qəbul etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazir qonaqları qəbul etdi

Azərbaycan Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev fevralın 19-u Sumqayıt Tarixi Muzeyində Abşeron, Xızı, Qubadlı, Zəngilan, Şuşa və Sumqayıt rayonlarından olan qonaqları qəbul edib.

Axar.az xəbər verir ki, qəbuldan əvvəl nazir Əbülfəs Qarayev və Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Nazirliyin struktur rəhbərlərinin iştirakı ilə keçirilən qəbul zamanı vətəndaşların müraciətləri əsasən, tarix və mədəniyyət abidələrinin qorunması, mədəniyyət müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, təmiri, fəxri adların verilməsi, işlə təmin olunma və digər məsələlərlə bağlı olub.

Qəbula 30-a yaxın vətəndaş yazılıb. Nazir Əbülfəs Qarayev hər bir vətəndaşı diqqətlə dinləyib, onların müraciət və təkliflərinin həlli üçün müvafiq göstərişlər verib.

Tarix
2016.02.19 / 15:02
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla