Yuxarı

Saxtakarlıqda ittiham olunan keçmiş rektordan açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Saxtakarlıqda ittiham olunan keçmiş rektordan açıqlama

Gəncə Dövlət Universitetinin (GDU) keçmiş rektoru, filologiya elmləri doktoru, professor Yadigar Əliyev Gəncə Dövlət Universitetindən Rüfət Şərifov adlı məzuna verilmiş saxta diplomu onun imzaladığı barədə bir sıra KİV-lərin yaydığı məlumatı təkzib edib.

Yadigar Sadıqov bununla bağlı modern.az-a verdiyi açıqlamada bildirib: "ANS TV-də və muxtəlif kütləvi informasiya vasitələrində həmin saxta diplomla bağlı dəqiqləşdirilməmiş məlumata görə təəssüflənir və bildirirəm ki, mən 2013-cü il fevral ayından möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının sərəncamı ilə Gəncə Dövlət Universitetinə rektor təyin edilmişəm. 2009-cu ildə Rüfət Şərifova verilmiş "diplomda" 2013-cü ildə vəzifəyə təyin edilmiş rektorun - yəni mənim imzamın ola bilməsi isə gülünc, yalan və iftiradır".

Xatırladaq ki, Baş Prokurorluğun mətbuat xidmətinin bir neçə gün öncə yaydığı məlumata görə, Gəncə Dövlət Universitetindən Rüfət Şərifovun adına verilmiş diplomun saxta olması barədə Təhsil Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılıb.

Araşdırma zamanı Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu Rüfət Şərifovun birinci ali təhsili haqqında 2009-cu ildə Gəncə Dövlət Universitetini bitirməsinə dair diplomunun dövlət nümunəli olmadığı, o cümlədən Bakı şəhər sakini Nərgiz Məmmədovanın 2007-ci ildə R.Şərifovun Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul etdirilməsi adı altında sonuncunun anasından 23 min manat məbləğində pul almasında şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Tarix
2014.02.07 / 10:01
Müəllif
Axar.az
Digər xəbərlər

Gəncədəki dördüncü terrordan altı il ötür

Kadırov Bakıya niyə gəldi? - Səbəblər

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

Prezidentə “Sizi çox istəyirəm” deyən uşaq kimin oğludur?

Vəzifəsindən azad olunan polkovnikə yüksək vəzifə verildi

İlham Əliyev sükan arxasında, Kadırov yanında... - Foto

İlham Əliyev və Kadırov birgə nahar etdi - Foto

Azərbaycanı Qarabağın həlli ilə bağlı təbrik edirəm!

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla