Yuxarı

Saratovka qaymağı zay çıxdı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Saratovka qaymağı zay çıxdı - Foto

Bakıda daha bir firmanın istifadəyə yararsız məhsulu aşkarlanıb.

Axar.az-ın məlumatına görə, İlkin Həsənov adlı Feysbuk istifadəçisi "Favorit" marketdən Saratovka süd məhsullarının istehsal etdiyi qaymaqdan aldığını yazıb.

Onun sözlərinə görə, məhsulun istifadə tarixi köhnə olmasa da, qaymağın üzərində ləkələr çıxıb.

O, qaymağı körpəsinə aldığını qeyd edib:

"Yaxşı ki, əvvəl özüm dadına baxdım. İnanın, çox keyfiyyətsizdir, zəhər kimidir. Mağaza rəhbərliyi keyfiyyətə nəzarəti artırsa yaxşı olar".

Qeyd edək ki, Bakıda "Bazarstor" supermarketindən istifadəyə yararsız qaymaq aşkarlandığını xəbər vermişdik. Məhsulun üzərində fevralın 24-nə qədər istifadə müddəti olduğu qeyd olunub. Müştəri evə gələndən sonra isə qaymağın istifadəyə yararsız olduğunu görüb və məhsuldan xoşagəlməz qoxu gəldiyini hiss edib.

Tarix
2016.02.24 / 08:30
Müəllif
Emil Salamoğlu
Digər xəbərlər

Vyetnamla Azərbaycan arasında imzalanan bu sənəd...

“Azərbaycanda doğulub” sözünə görə “mübarizə” aparır

İlham Əliyev Livan prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

İlham Əliyevin Vyetnam səfərindən video yayıldı

İlham Əliyevin Vyetnama səfəri başa çatdı - Video

Paşinyan: Tarixləri qarışdırdım, TRİPP-lə bağlı mərasim...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla