Yuxarı

Anar Nəcəflinin Xəzər TV-dən ayrılmasının təfərrüatı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Anar Nəcəflinin Xəzər TV-dən ayrılmasının təfərrüatı

Xəzər TV-nin Xəbərlər proqramının əsas buraxılışının aparıcısı Anar Nəcəflinin işdən ayrılmasının təfərrüatları məlum olub.

"Axar.az"ın əldə etdiyi məlumata görə, Anar Nəcəfli hələ bir ay əvvəl Xəzər TV-dən ayrılmaq qərarına gəlib. Təcrübəli aparıcının bu qərara gəlməsində əsas səbəb Xəbərlər departamentinin rəhbəri İbrahim Ünlübostanla aralarında olan münaqişədir. Anar Nəcəflinin departemntdə artan nüfuzu tabeçiliyindəki işçilərə diqtə etməklə ad çıxaran İbrahim Ünlübostanın xoşuna gəlməyib.

Televiziya daxilindən əldə etdiyimiz məlumatda bildirilir ki, o qədər də böyük nüfuzu olmayan departament rəhbəri hər dəfə işində yol verdiyi nöqsanları bəhanə edərək, aparıcının işinə müdaxilə edirmiş. Nəticədə vəziyyətin çıxılmaz olduğunu görən Anar Nəcəfli yeddi il işlədiyi televiziyadan getmək qərarına gəlib.

Əldə etdiyimiz məlumatda o da bildirlir ki, Anar Nəcəflidən əvvəl bir vaxtlar Xəzər TV-nin əsas simaları olan Lalə Eyvazova, Günel İsmayılqızı, Firuzə Qurbanlı, Emin Abbasov və İqrar Eyvazov müxtəlif zamanlarda İbrahim Ünlübostanla yaşanan münaqişə nəticəsində televiziyanı tərk ediblər.

Tarix
2014.02.07 / 16:14
Müəllif
İlqar Vəliyev
Digər xəbərlər

İlham Əliyevdən 17 Noyabrla bağlı paylaşım

Azərbaycanda Milli Dirçəliş Günüdür

Hikmət Hacıyev AB-nin xüsusi nümayəndəsi ilə görüşdü

Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında

3,7 milyonluq mənimsəmə işi: Keçmiş rəhbər nə dedi?

600-dən çox bal toplayanların hərbi xidməti ilə bağlı yenilik

Sibiqa buna görə Azərbaycanı təbrik etdi

Nazirlər Kabinetindən internetlə bağlı qərar

Azərbaycan İƏT-in iclasında belə təmsil olundu

Ceyhun Bayramov britaniyalı həmkarı ilə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla