Yuxarı

Bakıda polisləri döyənlər tutuldu - Prokurorluq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda polisləri döyənlər tutuldu - Prokurorluq

Baş Prokurorluq Bakıda polislərin döyülməsi hadisəsi ilə bağlı rəsmi məlumat yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar polis əməkdaşlarına qarşı həyat və sağlamlıqları üçün təhlükəli olan zor tətbiq etmə ilə müşayiət olunan hərəkətlərə yol verməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa cəlb ediliblər.

Fevralın 24-də paytaxtın Xəzər rayonu ərazisində rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin xidmətdə olan polis serjantları Vüqar Abbasov və Ceyhun Ağayev tərəfindən işıqforun qadağanedici siqnalında hərəkət edən "VAZ 2107" markalı 10-DL-542 dövlət qeydiyyat nişanlı avtomobilə saxla işarəsi verilməsinə baxmayaraq sürücü yol polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq yüksək sürətlə hərəkətini davam etdirməklə yaşadığı Mərdəkan qəsəbəsi, Qızılqum bağlar masisivində avtomobilini saxlayıb.

Avtomobili saxladıqdan sonra sürücü Rakif Abdullayev, avtomobildə olan qardaşı Gülbala Abdullayev və atası Rafiq Abdullayev ətrafda olan daş, taxta və digər küt alətlərdən istifadə edərək polis əməkdaşları V.Abbasova və C.Ağayevə fiziki zor tətbiq etməklə müxtəlif bədən xəsarətləri yetiriblər.

V.Abbasov aldığı xəsarətlərlə bağlı Daxili İşlər Nazirliyinin hospitalına yerləşdirilib, C.Ağayevə isə ambulator tibbi yardım göstərilərək evə buraxılıb.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb və məhkəmə-tibbi ekspertizaları təyin edilib.

Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nətiəsində Rakif, Gülbala və Rafiq Abdullayevlər cinayəti törətməkdə şübhəli şəxs qismində tutulublar.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Tarix
2016.02.24 / 17:32
Müəllif
Axar.az
Digər xəbərlər

Diaspor rəhbərimiz Rusiya vətəndaşlığından məhrum edildi

"Lukoyl"a şad xəbər: Bakı layihələri sanksiyaya düşmədi

Ramiz Mehdiyevin yazışmaları ortaya çıxdı

Hikmət Hacıyev Almaniyanın dövlət katibi ilə görüşdü

İstanbulda 5 milyonluq oğurluq: Azərbaycanlılar saxlanıldı

Qəbələ, Laçın, Gəncə kimi şəhərlər... - Zaxarova

Müsəlman ölkələr toqquşdu: Tramp barışdıracaqmı?

Ceyhun Bayramov TÜRKPA-nın yeni baş katibi ilə görüşdü

Azərbaycan hərbi qulluqçuları Qarsda təlimdə - Foto

Putini danışıqlara cəlb etməliyik - Rutte

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla