Yuxarı

Qulam Abbas Türki Azərbaycanda səfərdədir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qulam Abbas Türki Azərbaycanda səfərdədir

İran Baş prokurorunun ədliyyə, ictimai hüquq və cinayətlərin qarşısının alınması üzrə müavini Qulam Abbas Türkinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda keçiriləcək Xəzəryanı dövlətlərin baş prokurorluqlarının nümayəndələrinin beştərəfli görüşündə iştirak etmək üçün ölkəmizə işgüzar səfərə gəlib.

Axar.az xəbər verir ki, aprelin 2-də nümayəndə heyətini qəbul edən Baş prokuror Kamran Əliyev ölkə rəhbərlərinin siyasi iradəsi nəticəsində dövlətlərarası əlaqələrimizin bir çox sahələrdə dinamik inkişaf etdiyini vurğulayıb.

Kamran Əliyev ötən ilin yanvar ayında Azərbaycanın Tehrandakı səfirliyinə qarşı terror aktını törətmiş şəxsin müvafiq cəzaya məhkum edilməsi ilə bağlı İranın hüquq-mühafizə orqanlarının obyektiv qərarının təqdirəlayiq olduğunu bildirib.

Qulam Abbas Türki qonaqpərvirliyə və qəbula görə təşəkkürünü bildirərək, Azərbaycan Prezidenti İlham Əliyevin növbədənkənar prezident seçkilərində qazandığı inamlı qələbəsi, həmçinin 30 ildən artıq erməni işğalı altında olan torpaqlarımızın azad olunması münasibətilə təbriklərini ifadə edib.

Hər iki ölkə vətəndaşlarının hüquqlarının qorunması, sərhəd, gömrük, ekoloji, cinayət işləri üzrə hüquqi yardım, ekstradisiya, humanitar və digər məsələlər barədə səmərəli fikir mübadiləsi aparılıb.

Görüşdə İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi iştirak edib.

Tarix
2024.04.02 / 18:30
Müəllif
Axar.az
Digər xəbərlər

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla