Yuxarı

Azərbaycan Ordusu oradakı yüksəklikləri götürüb - Qazaryan

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan Ordusu oradakı yüksəklikləri götürüb - Qazaryan

Geqarkunik vilayətinə (Göyçə mahalı – red.) tez-tez səfər edirəm, orada bizim heç bir mövqe üstünlüyümüz qalmayıb.

Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Arman Qazaryan deyib.

Deputat həmin ərazidə bütün strateji mövqelərə Azərbaycanın nəzarət etdiyini bildirib:

“Göyçədə atışma olduğunu eşitdim. Bu, yeni bir şey deyil. Orada belə hal tez-tez yaşanır. Ümumiyyətlə, 2022-ci ildə baş verən sentyabr döyüşlərindən sonra bizim orada heç bir mövqe üstünlüyümüz qalmayıb. Hamısını itirmişik. Əvvəl orada müdafiə xəttimiz 70 kilometr idi, artıq bu rəqəm 240 kilometrə qədər artıb. Ərazinin çox hissəsinə Azərbaycan nəzarət edir”.

Xatırladaq ki, Müdafiə Nazirliyi aprelin 1-i saat 22:00-dan 22:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan istiqamətindəki mövqelərini atəşə tutması ilə bağlı məlumat yayıb.

Ermənistan Müdafiə Nazirliyi ilə gecə saatlarında şərti sərhəddə Göyçə və Dığ kəndi istiqamətlərində atışma olduğunu iddia edib.

Tarix
2024.04.02 / 23:19
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev ABŞ-ın daxili təhlükəsizlik nazirini qəbul etdi

Vyetnamla Azərbaycan arasında imzalanan bu sənəd...

“Azərbaycanda doğulub” sözünə görə “mübarizə” aparır

İlham Əliyev Livan prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

İlham Əliyevin Vyetnam səfərindən video yayıldı

İlham Əliyevin Vyetnama səfəri başa çatdı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla