Yuxarı

“Qarabağlı Hüseynalı Bəy” təqdim edildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Qarabağlı Hüseynalı Bəy” təqdim edildi - Foto

Azərbaycan Yaradıcılıq Fondunun dəstəyilə çap edilmiş Rövşən Asifoğlunun "Qarabağlı Hüseynalı Bəy" romanının Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində təqdimat mərasimi keçirilib.

Axar.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan AYF-nin aparat rəhbəri Qismət Rüstəmov qeyd edib ki, bu kitabın məhz cənab prezident İlham əliyevin elan etdiyi Multikulturalizm ili çərçivəsində çap olunması təsadüfi deyil. O həmçinin vurğulayıb ki, fond tərəfindən bu seriya üzrə kitabların çapı davam edəcək.

Daha sonra çıxış edən Qarabağ qazisi Əli İsmayılov kitab barədə tədbir iştirakçılarına geniş məlumat verərək, Qarabağlı Hüseynalı Bəyin keçdiyi şərəfli həyat yolundan söhbət açıb.

Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının əməkdaşı Amid Əlioğlu çıxışında qeyd edib ki, fondun başlatdığı kitab seriyası təqdirə layiqdir. O müəllifin kitabının Azərbaycan ədəbiyyatına töhfə olduğunu qeyd edərək, yazara uğurlar arzulayıb.

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin əməkdaşı Nərminə xanım bu kitabın gənclərin tariximizlə yaxından tanış olması sahəsində çox uğurlu vasitə olacağını bildirərək, AYF ilə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi arasındakı əməkdaşlıqdan məmnun olduqlarını bildirib.

Sonda çıxış edən müəllif Rövşən Asifoğlu kitabın ərsəyə gəlməsində Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullaya və AYF-yə təşəkkürünü bildirib.

Qeyd edək ki, müəllif yaxın zamanlarda yeni kitabla oxucuların görüşünə gələcəyini bildirib.

Tarix
2016.03.04 / 18:02
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Niyə bu tərbiyəsizliyin qarşısını almırsınız?

Azərbaycanla İran arasında mühüm iclas başladı

Kremldən Bakıya hücum: arxivi açıb, onları ifşa edin!

İlham Əliyev Yaponiya İmperatorunu təbrik etdi

Prezident Bruney Sultanını təbrik etdi

Xameneinin iqamətgahının ətrafı boşaldıldı – Nə baş verir?

İlham Əliyev Fərzanə Sadiqi qəbul etdi - Foto

Meksikadakı Azərbaycan vətəndaşlarına xəbərdarlıq edildi

Trampın Əliyevə xüsusi simpatiyası var - Brayza

Avropadan Zəngəzur dəhlizinə dəstək: Müddət 25% azalacaq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla