Yuxarı

Nazirlik tankların sərhədə yığılmasına reaksiya verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirlik tankların sərhədə yığılmasına reaksiya verdi

Yanvar ayının 21-dən fevralın 8-dək qoşunların təmas xəttində qarşı tərəfi atəşkəs rejimini 2000 dəfəyə qədər pozub. Bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb.

"Bütün hallarda qarşı tərəf cavab atəşi ilə susdurulub",- deyə nazirlikdən vurğulayıblar.

Məlumata görə, cəbhə xəttində mütəmadi olaraq atəşkəsin pozulmasının qarşısını almaq üçün əlavə tədbirlər görülür: "Müdafiə nazirinin əmrinə uyğun olaraq bütün müvafiq tədbirlər həyata keçirilib və hazırda da keçirilir".

Müdafiə Nazirliyindən bir sıra dünya KİV-lərində "Azərbaycan tanklarını sərhədə yığır" kimi başlıqlı yazıların dərc olunması məsələsinə də aydınlıq gətirilib. Nazirlikdən bildiriblər ki, bu fikirlər həqiqətə uyğun deyil: "Tanklarının cəbhə bölgəsinə doğru irəliləməsi barədə yayılan informasiyalar yanlışdır",- deyə nazirlikdən göndərilən məlumatda vurğulanır.

Nazirlikdən bildiriblər ki, hərbçilərin döyüş qabiliyyətinin artırılması məqsədi ilə bağlı da tədbirlər görülür: "Döyüş hazırlığı planına uyğun olaraq mütəmadi olaraq təlim toplantıları və məşğələlər, bilik və təcrübələrin artırılması məqsədilə hərbi qulluqçularımızın beynəlxalq hərbi təlimlərdə iştirakı təmin edilir, ixtisasartırma kursları keçirilir".(ANSPRESS)

Tarix
2014.02.09 / 13:15
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

Prezident onu Türkiyəyə səfir təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla