Yuxarı

Kabelləri oğurlayanlar tutuldu – Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kabelləri oğurlayanlar tutuldu – Foto

Respublikanın daxili işlər orqanları tərəfindən ölkədə informasiya proseslərinin mühafizəsi, sabitliyi, fasizləsizliyi, dövlət orqanlarının informasiya ehtiyatlarının qorunması, bu sahədə təhdidlərin qarşısının alınması, kibertəhlükəsizliyin təmin olunması istiqamətində uğurlu əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, 3 mart 2016-cı il tarixində Qaradağ Rayon Polis İdarəsinə (RPİ) Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin "Aztelekom" MMC-dən Bakı-Salyan avtomobil yolunun kənarında yerləşən kabel-kanalizasiya qurğularının yerləşdiyi quyuda olan dövlət əhəmiyyətli optik magistral rabitə kabelinin naməlum şəxs və ya şəxslər tərəfindən kəsilməsi barədə məlumat daxil olub.

Hadisə ilə bağlı dərhal Daxili İşlər Nazirliyi, Bakı Şəhər Baş Polis İdarəsi və Qaradağ RPİ-nin əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu yaradılıb.

Həyata keçirilən tədbirlər nəticəsində həmin cinayət hadisəsinin Qaradağ rayon Ələt qəsəbə sakinləri – Əvəz Abbasov, Xəlil Cabbarov və Sübhan Dadaşzadə tərəfindən törədildiyi müəyyən edilib. Hər üç şəxs şübhəli şəxs qismində saxlanılaraq istintaqa təqdim olunub və onlardan kəsərək oğurladıqları 600 metr kabel maddi sübut kimi götürülüb.

Faktla bağlı Qaradağ RPİ-nin istintaq şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Tarix
2016.03.08 / 17:40
Müəllif
Axar.az
Digər xəbərlər

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

Bərdədəki terrordan 6 il ötür

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla