Yuxarı

Maaşın saat hesabı ilə ödənməsi işçiyə sərf edir? - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Maaşın saat hesabı ilə ödənməsi işçiyə sərf edir? - Video

08:30

Bu təklif Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən səsləndirilib. Əminəm ki, nazirlik bunun zəruriliyi ilə bağlı daha geniş izahat verə bilər. İnkişaf etmiş ölkələrdə belə praktika var. Burada əsas məqsəd ondan ibarətdir ki, işçinin əməyinin daha səmərəli şəkildə qiymətləndirilməsi mümkün olsun.

Bu sözləri Axar.az-a iqtisadçı, millət vəkili Vüqar Bayramov ölkəmizdə aylıq əmək haqqının saat hesabı ilə ödənilməsi təklifini şərh edərkən deyib.

Onun sözlərinə görə, saatlıq ödəniş bir sıra üstünlükləri ilə diqqət çəkir:

“Bu, əmək haqqı məbləğinə və işçinin əməyinin qiymətləndirilməsinə imkan yaradır. Həm də işçi üçün bir neçə mənbədən əmək haqqı almaq imkanı deməkdir. Çünki saatlıq iş rejimi ilə çalışan vətəndaş bir neçə təşkilat və müəssisə ilə əməkdaşlıq edib, əmək müqaviləsi bağlaya bilər. Bu da onun bir neçə mənbədən gəlir əldə etməsinə imkan yaradır. Digər üstünlük ondan ibarətdir ki, işçi qeyri-iş günləri, eləcə də iş saatlarından sonra işləyərsə, o halda onun əməyi əmsala vurulmaqla qiymətləndirilir. Həmin şəxsin maaşı ikiqat hesablanır. Adi iş günü ilə müqayisədə həftə sonu və qeyri-iş günlərində çalışrsa, hər saata görə iki dəfə çox əmək haqqı almaq imkanına malik olur. Bu, həm də “overtaym” deyilən iş rejimlərində və zamanlarında işçinin əməyinin daha yüksək qiymətləndirməsinə imkan yarada bilər”.

Millət vəkili bildirib ki, burada minimum əmək haqqı ilə bağlı qanunun tələbləri də nəzərə alınmalıdır:

Nəticə etibarı ilə burada saatlıq, aylıq minimum əmək haqqı prinsiplərinin qorunub saxlanılması vacibdir”.

Qeyd edək ki, Dünya Bankı Qrupunun "Business Ready" hesabatının "İşçi qüvvəsi" indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsinə uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu il iyulun 1-dək aylıq minimum əmək haqqının saatlıq minimum əmək haqqı ilə əvəz edilməsi ilə bağlı təklifləi hazırlamalı və aidiyyəti üzrə təqdim etməlidir.

Tarix
2024.05.16 / 13:12
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Azərbaycan və İsrail XİN rəhbərləri görüşdü

Tehranın etnik tərkibi: nə qədər azərbaycanlı var?

Prezident Avstraliyanın general-qubernatorunu təbrik etdi

Azərbaycanla ABŞ arasında əlaqələr dinamik inkişaf edir

İrana hücum variantı: Ankara 3 plan hazırladı – Bəs, Bakı?

İlham Əliyev Gideon Saarı qəbul etdi

"Azər", yoxsa "Azəri"? - Millət vəkilindən şərh

Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşdü

Kartda saxlanılan maaş və pensiyalara əlavə ödəniş...

Bu halda Azərbaycan soydaşlarını qorumaq üçün... - VP

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla