Yuxarı

Könülü öldürən şəxs də tələbə olub, bir evdə yaşayıblar...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Könülü öldürən şəxs də tələbə olub, bir evdə yaşayıblar...

10:20

Lənkəran rayon prokurorluğu və rayon polis şöbəsi əməkdaşlarının birgə fəaliyyəti nəticəsində cari ilin mart ayında itkin düşmüş Cəlilabad rayon sakini, 2002-ci il təvəllüdlü Könül Ağayevanın qəsdən öldürülməsi müəyyən edilib.

Axar.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında qeyd olunub.

Həyata keçirilmiş çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 2003-cü il təvəllüdlü Lənkəran şəhər sakini Elvin İsmayılzadənin martın 1-də Lənkəran şəhəri ərazisində yerləşən evlərdən birində Könül Ağayevanı boğaraq qəsdən öldürməsi, növbəti gün cinayət hadisəsini gizlətmək üçün tanışı Xəyal Səmədovun köməkliyi ilə Könül Ağayevanın meyitini həmin fərdi yaşayış evinin birinci mərtəbəsində basdırmasına əsaslı şübhələr müəyyən edilib.

Könül Ağayevanın meyitinin basdırıldığı yer müəyyən olunaraq prokuror-kriminalistin və ekspertin iştirakı ilə çıxarılıb, iş üzrə zəruri ekspertizalar təyin olunmaqla intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Elvin İsmayılzadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

***

Trend-in əldə etdiyi məlumata görə, Könül Ağayevanın cəsədi tapılan ev iki tələbəyə kirayə verilib. Könül Ağayeva da həmin evdə onlarla bir yerdə yaşayıb. Könülü öldürməkdə şübhəli bilinən Elvin İsmayılzadə onu evdəki pilləkənin altında basıdırb.

Məlumata görə, həmin evdə daha əvvəl də baxış keçirilib, ancaq Könül Ağayevanın cəsədi tapılmayıb.

K.Ağayeva Azərbaycan Dövlət Pedoqoji Universitetinin Cəlilabad filialının Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının 4-cü kurs tələbəsi olub. 22 yaşlı qızın işləmək məqsədilə Lənkərana gəlib, bu ilin martın 2-dən isə itkin düşüb.

Azərbaycan Dövlət Pedoqoji Universitetinin Cəlilabad filialından bildirilib ki, K.Ağayeva fevral ayından etibarən dərslərdə iştirak etməyib və bu barədə ailəsinə də məlumat verilib.

K.Ağayeva mayın 14-də doğulduğu Cəlilabad rayonu, Muğan qəsəbəsində dəfn olunub.

Tarix
2024.05.16 / 11:43
Müəllif
Axar.az
Digər xəbərlər

Samir Oruc vəzifəsindən ayrıldı

Zərifə Əliyevanın vəfatından 41 il ötür

Bu ölkə Azərbaycana başsağlığı verdi

Əmirbəyov Brodski ilə təhlükəsizliyi müzakirə etdi

Ceyhun Bayramov Mixail Qaluzinlə görüşdü

Bakıda qadınlarla bağlı mühüm konfrans keçirildi

Simonyan Qafarova ilə İstanbulda görüşəcək

Bakının Avropadakı dostu getdi: unutmayacağıq - Video

Prezident üç səfiri qəbul etdi - Foto

Zərifə xanım haqlı olaraq hesab edirdi ki... - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla