Yuxarı

Bakıda bu ərazilərdə torpağın sotu yarım milyona satılır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda bu ərazilərdə torpağın sotu yarım milyona satılır

Bakıda ən bahalı torpaq sahələri qeyri-yaşayış obyektlərinin tikintisi üçün yararlı olan torpaq sahələridir.

Axar.az xəbər verir ki, bunu Trend-ə əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.

O qeyd edib ki, torpaq sahələri də tükənəndir və Bakıda tikinti üçün yararlı torpaq sahələri, demək olar ki, yoxdur:

“Bu baxımdan, tələbat artır və qiymət artımı yüksəlir. Ən bahalı torpaq sahələri şəhərin mərkəzi ərazilərindədir, daha çox qeyri-yaşayış obyektlərinin tikintisi üçün yararlı, mərkəz yolların kənarında yerləşən torpaq sahələridir.

Bu cür torpaq sahələrinin bir sotunun qiyməti 300-500 min manat arası dəyişir. O ərazilərdə obyektlər inşa ediləndə bir kvadrat metrinin qiyməti 20 min manatdan baha təklif olunur”.

E.Fərzəliyev vurğulayıb ki, hazırda həyət evlərinin də qiymətində artım müşahidə olunur:

“Həyət evlərinə tələbat olduğu üçün qiymət artımına gətirib çıxarır. Bu da mövsümi xarakter daşıyır və hər il bu hal müşahidə olunur. Əgər tələb davam edəcəksə, aktivlik yüksək olacaqsa, qiymət artımı da olacaq”.

Tarix
2024.05.16 / 11:34
Müəllif
Axar.az
Digər xəbərlər

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla