Yuxarı

MDB ölkələrinin nümayəndələri Minskdə toplandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
MDB ölkələrinin nümayəndələri Minskdə toplandı

Mayın 16-da Minskdə Müstəqil Dövlətlər Birliyinin (MDB) üzv dövlətlərin nizamnamə və digər orqanları yanında Daimi Səlahiyyətli Nümayəndələr Şurasının növbəti iclası keçirilib.

Axar.az MDB İcraiyyə Komitəsinin saytına istinadla xəbər verir ki, görüşün ilk məsələsi “Lıstapad” XXX Minsk Beynəlxalq Film Festivalına həsr olunub. Belarus mədəniyyət nazirinin birinci müavini Valeri Qromada Daimi Səlahiyyətli Nümayəndələr Şurasının üzvlərinə kinoforuma hazırlığın gedişatı barədə məlumat verib. O xatırladıb ki, festival cari ilin 1-8 noyabr tarixlərində “Keyfiyyət nişanı olan kino” şüarı altında keçiriləcək. Onun həyata keçirilməsi MDB iştirakçı dövlətlərinin mədəniyyət sahəsində 2021-2025-ci illər üçün əməkdaşlığının əsas tədbirləri çərçivəsində nəzərdə tutulub.

Valeri Qromadanın sözlərinə görə, kinofestivalın bağlanış mərasimində MDB İcraiyyə Komitəsi tərəfindən kinoforum proqramının filmlərindən birinə əməkdaşlığın inkişafına və xalqlar arasında dostluğun möhkəmlənməsinə görə xüsusi “Sərhədsiz kino” mükafatının təqdim edilməsi nəzərdə tutulur.

Daimi nümayəndələr, həmçinin Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının mayın 24-də Aşqabadda keçiriləcək növbəti iclasına hazırlığın gedişatını nəzərdən keçiriblər.

Hökumət başçıları 2030-cu ilə qədər MDB ölkələrinin ərazilərindən keçən infrastrukturun optimallaşdırılması və beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı üzrə Fəaliyyət Planını təsdiq etmək niyyətindədirlər.

MDB-nin nizamnamə və digər orqanları yanında üzv dövlətlərin Daimi Səlahiyyətli Nümayəndələr Şurasının növbəti iclasının iyunun 25-də keçirilməsi planlaşdırılır.

Tarix
2024.05.17 / 00:56
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın Bərdədə törətdiyi terrordan beş il ötür

"Seçilmişlər": Rusiyaya göndərilən məxfi məktubun şifrələri

Daha bir deputat partiyadan çıxarılır?

Mehdiyev əsrimizin ən böyük siyasi xadimi... - Əli Həsənov

Prokurorluğun sorğusu əsasında qərar qəbul edildi

Paşinyan getsə, revanşist gəlsə, nə baş verəcək? - Zülfüqarov

Pulsuz dərmanların verilməsiylə bağlı təklif qəbul edildi

HƏMAS daha bir cəsədi qaytarır

İş adamı Yusif Xəlilov azadlığa buraxıldı

Mehdiyev dövləti bu 50 nəfərlə "idarə edəcəkmiş" - Şok siyahı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla