Yuxarı

Əsgərlərimiz özünü niyə güllələyir? - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əsgərlərimiz özünü niyə güllələyir? - Rəsmi

Müdafiə Nazirliyindən silahla ehtiyatsız rəftar nəticəsində xəsarət alan hərbçilərimiz barədə açıqlama verilib.

Nazirlikdən bildiriblər ki, son vaxtlar bu cür hadisələrin artması yox, əksinə olaraq azalması müşahidə edilir. Məlumatda qeyd olunub ki, Müdafiə Nazirliyi rəhbərliyi və hərbi hissə komandanlığı tərəfindən neqativ halların baş verməməsi üçün hərbi hissə və birləşmələrdə bütün qabaqlayıcı tədbirlər görülür:

"Təhlükəsizlik qaydalarının pozulması halları və baş verən hadisələr haqqında mətbuat xidməti mütəmadi olaraq məlumat verir. Son vaxtlar bu cür hadisələrin artması yox, tam fərqli olaraq azalması müşahidə edilir. Bunu da hərbi hissələrdə şəxsi heyətlə aparılan işlərin nəticəsi kimi dəyərləndirmək olar".

Nazirlikdən bildiriblər ki, hər bir hadisə ilə bağlı cinayət işi başlanıb: "Hərbi Prokurorluq tərəfindən faktla əlaqədar araşdırma aparılır",- deyə Nazirlikdən göndərilən məlumatda vurğulanır (ANS).

Tarix
2014.02.10 / 10:35
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla