Yuxarı

Sabah bu rayonlarda qaz olmayacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sabah bu rayonlarda qaz olmayacaq

Sabah Sabunçu, Binəqədi, Xəzər, Səbail və Abşeron rayonlarınin təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Axar.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Abonentlərin təbii qaza olan tələbatının təmin edilməsi, qaz kəmərində aşkar olunmuş qaz sızmasının ləğvi, yeni çəkilmiş qaz kəmərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə 11 mart 2016-cı il tarixdə saat 10:00-dan işlər yekunlaşanadək Sabunçu rayonunun Albalılıq yaşayış massivi, Bilgəh və Maştağa qəsəbələrində, Binəqədi rayonunun Çiçək yaşayış massivi və Sulutəpə qəsəbəsində, Xəzər rayonunun Zirə qəsəbəsində və Xaşa-Xuna bağ massivində,Səbail rayonunun 20-ci sahə və Bibiheybət qəsəbəsində, həmçinin Abşeron rayonunun Novxanı bağ massivi, Digah, Məhəmmədi, Fatmayi və Goradil kəndlərinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Tarix
2016.03.10 / 23:50
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla