Yuxarı

Sabirabadda 1 gündə 1 küçədə 4 oğurluq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabirabadda 1 gündə eyni küçədə yerləşən 4 evdə oğurluq hadisəsi baş verib.

Bu barədə "Axar.az"a rayondakı sakinlər məlumat verib. Bildirilir ki, bu nadir oğurluq rayonun Şəhriyar küçəsində baş tutub. Oğrular əvvəlcə dul qadın Lətifə Şahlarovanın evini soyublar. Daha sonra isə elə həmin küçədə yaşayan Elçin adlı taksi şoferinin evinə giriblər. Elçin həmin vaxt ailəsi ilə qayınatasıgildə olub.

Daha sonra hazırda Rusiyada miqrant həyatı yaşayan Saleh Bəşirovun evinə soxulublar. Oğruların sonuncu dayanacağı isə elə həmin küçədə hazırda məhbus həyatı yaşayan Nüsrət adlı rayon sakinin mənzili olub.

Sakinlər bildirir ki, hələlik oğrular tapılmayıb: "Rayonda mənzil oğurluğu adi hala çevrilib. Amma bir küçədən bir-biri ilə qonşu olan şəxslərin evinə soxulmaq isə nadir hadisədir. Görünür, uzun müddət ifşa olunmamaları onların əl-qolunu açıb".

Məsələ ilə bağlı Sabirabad Rayon Polis Şöbəsinin növbətçi hissədən bildirdilər ki, "növbəni təzə təhvil aldıqlarından", baş verən hadisə ilə bağlı heç bir məlumat verə bilməyəcəklər. İdarə rəsmiləri isə hadisə ilə bağlı heç bir açıqlama vermək səlahiyyətində olmadıqlarını, məsələ ilə əlaqədar növbətçi hissə ilə əlaqə yaratmağımızı məsləhət gördülər.

Tarix
2014.02.10 / 12:50
Müəllif
Ceyhun Səmədov
Şərhlər
Digər xəbərlər

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla