Yuxarı

Saatlıq əmək haqqı: Kimlər daha çox maaş alacaq? - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Saatlıq əmək haqqı: Kimlər daha çox maaş alacaq? - Video

Azərbaycanda aylıq minimum maaş saatlıq minimum maaşla əvəz edilə bilər.

Əmək Məcəlləsinə görə, hazırda Azərbaycanda minimum əmək haqqı aylıq müəyyən edilir və bir ay çalışan işçiyə 345 manatdan az maaş vermək olmaz.

Lakin yeni sistemdə hesablama fərqli aparılacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Azərbaycanda aylıq minimum əmək haqqının saatlıq minimum əmək haqqı ilə əvəzlənməsi ilə bağlı təkliflər üzərində çalışır.

Məsələ ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Nərmin Mirzəyeva bildirib ki, bəzi ölkələr hətta hibrid modellərdən (həm saatlıq, həm minimum əmək haqqı) istifadə edirlər:

“Nazirlik olaraq qabaqcıl beynəlxalq təcrübəni araşdırırıq, təhlillərin nəticələri nəzərə alınmaqla təkliflər hazırlanacaq və aidiyyəti üzrə təqdim olunacaq”.

N.Mirzəyeva onu da əlavə edib ki, saatlıq minimum əmək haqqının müəyyən edilməsi bir sıra məqsədlərə xidmət edir. Əsas məqsəd isə işçilərin hüquqlarının qorunmasıdır.

İqtisadçı Xalid Kərimli bildirib ki, həftədə 40 saat işləyən və daimi iş yeri olan işçilər üçün heç bir dəyişiklik olmayacaq. Əvvəl bu rəqəm 345 manat müəyyənləşdirilmişdirsə, indi isə həmin məbləğ ayda olan iş saatlarına uyğun olaraq saatlı əmək haqqına keçəcək. Bu sistem daha çevik bir mexanizmdir.

Axar.az xəbər verir ki, məsələ ilə bağlı ATV-nin “İqtisadi zona” verilişi süjet hazırlayıb.

Daha ətraflı videoda:

Tarix
2024.05.27 / 23:40
Müəllif
Axar.az
Digər xəbərlər

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin gənclər platformasına 40 ölkə qoşuldu

Ərdoğanın Bakıya qəfil səfər qərarının səbəbi - General

İran Ermənistana xəbərdarlıq etdi: "Qırmızı xətt"...

Hacıyevin İrəvana səfəri: hansı təcili zərurət vardı?

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İlham Əliyev braziliyalı həmkarını təbrik etdi

Azərbaycan haqda sözlərinizin nəticəsini anlayırsınız?

Ərdoğanı Bakıya gətirən səbəb...

Azərbaycana gedirəm, ümid edirəm ki... - Ərdoğan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla