Yuxarı

"Rossiya24"də Qarabağla bağlı xüsusi reportaj - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Rossiya24"də Qarabağla bağlı xüsusi reportaj - Video

Azərbaycan. Müstəqilliyin memarlığı.

Axar.az xəbər verir ki, bu sözlər "Rossiya24" telekanalının Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş xüsusi reportajında deyilir.

Maraqlıdır ki, reportajın böyük hissəsi Azərbaycanın Qarabağ bölgəsində lentə alınıb.

Reportaj işğaldan azad edilmiş Füzulidən başlayır və burada yerli sakinin ifasında muğam sədaları səslənir. Süjetdə qeyd olunur ki, hazırda Füzulidə sürətli şəkildə bərpa işləri gedir və 2040-cı ilə qədər buraya 50 min sakinin köçürülməsi planlaşdırılır. Bu günədək Füzulidə 3 min 132 nəfər (822 ailə) məskunlaşıb.

Reportajın müəllifi Darya Qaliyeva, həmçinin, ermənilər tərəfindən dağıdılmış Ağdam şəhərini də ziyarət edib.

Daha sonra kadrlarda Laçın şəhərinin görüntüləri yer alır.

"Bura İsveçrə deyil - bu, cəmi ilyarım ərzində yenidən qurulan Laçın şəhəridir", - deyə videosüjetdə qeyd olunur.

"İlham Əliyev üçün Qarabağın qaytarılması və bərpası bir çox cəhətdən şəxsi hekayədir. Bununla o, atası Heydər Əliyevin işini tamamlayır", - deyə reportajda vurğulanır.

Tarix
2024.05.29 / 01:17
Müəllif
Axar.az
Digər xəbərlər

Şuşada Ərdoğanın qarşılanmasına hazırlıq... – Video

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Qələbələrin daim olsun, Can Azərbaycan - Çavuşoğlu

Ərdoğanı şəxsən İlham Əliyev qarşıladı - Video

Bakı və İrəvan texniki qruplar yaradır - Yeni reallıq

İlham Əliyev Şahbaz Şərifə təşəkkür etdi

Ərdoğanın Azərbaycana səfər proqramı açıqlandı - Video

Azərbaycançılıq vətəndaşlarımızı birləşdirən fəlsəfədir

Sabahın hava proqnozu açıqlandı

Ermənistan o qədər azğınlaşmışdı ki... - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla