Yuxarı

Baş bankir onlara yüksək vəzifə verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Baş bankir onlara yüksək vəzifə verdi

Azərbaycan Mərkəzi Bankında (AMB) yeni yaradılmış 3 departamentə direktorlar təyin ediliblər.

Axar.az Report-a istinadən xəbər verir ki, Pənah Bənnayev Sığorta fəaliyyətinin tənzimlənməsi departamentinin, Müşfiq Əmirov Kapital bazarı fəaliyyətinə nəzarət departamentinin, Kəmalə Qurbanova isə Ödəniş xidmətləri və ödəniş sistemləri üzrə fəaliyyətə nəzarət və siyasət departamentinin rəhbərliyinə gətiriliblər. Sonuncu indiyə qədər Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru olub.

Bundan başqa, Anar Muxtarov AMB-nin Rezolyusiya departamentinə, Samir Rzayev isə Maliyyə monitorinqi departamentinə direktor təyin ediliblər. Sonuncu bu vəzifədə Z.Hacılını əvəz edib. Ona isə Maliyyə monitorinqi üzrə siyasət və tənzimlənmə departamentinə direktorluq həvalə olunub.

Murad Məmmədov AMB-nin İstehlakçılarla iş departamentinin direktoru təyin edilib. O, bu vəzifədə Xəyal Babayevi əvəzləyib.

Həmçinin, qurumun Nağd pul departamentinin direktoru Adışirin Qasımov, eləcə də Maliyyə sabitliyi departamentinin direktoru Rüstəm Tahirov, İnformasiya və kibertəhlükəsizlik departamentinin direktoru Elvin Şahverdiyev vəzifələrindən azad ediliblər. Onların yerinə hələ ki, təyinat olmayıb.

Tarix
2024.05.29 / 10:47
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

İlham Əliyev Ho Şi Minin məqbərəsini ziyarət etdi - Foto

Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - Foto

Qarakənd faciəsindən 35 il ötür

Ağdamın azad olunmasından 6 il ötür

Bakı bundan bir neçə gün sonra imza atacaq... - Simonyan

Vyetnam mediası İlham Əliyevin səfərindən yazır

Tramp, Putin və Sinin razılaşdığı 4 bəndin “sirri”

Nəriman Qocatürkün ölümündən öncəki son məktubu üzə çıxdı

Prezidentin Vyetnama səfəri ilə bağlı - Videoçarx

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla