Yuxarı

Şagirdi döyən mühafizəçi işdən qovuldu – Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şagirdi döyən mühafizəçi işdən qovuldu – Video

12:44

Bakının Səbail rayonu, 189 nömrəli tam orta məktəbdə iyunun 7-də mühafizəçinin 9-cu sinif şagirdini döyməsi ilə bağlı insident araşdırılıb.

Bu barədə Axar.az-a 189 saylı məktəbdən bildirilib.

“Araşdırma zamanı məlum olub ki, dərsdən sonra texniki işçi bir şagirdin (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) pəncərədən məktəbin arxa həyətinə düşdüyünü görüb. Yaxınlaşaraq şagirdə irad bildirib və məktəb rəhbərliyinin yanına dəvət edib. Bu zaman aralarında anlaşılmazlıq və insident yaşanıb.

Məktəb rəhbərliyi tərəfindən şagirdin valideynləri məktəbə dəvət edilib. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub. Texniki işçinin izahatı alınıb, bu kimi halların yolverilməz olduğu bildirilib və o, işdən azad olunub”, - məlumatda qeyd edilib.

***

DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı İbrahim Əmiraslanlı hadisə ilə bağlı bildirib ki, sosial şəbəkədə yayılan görüntülərdən məlumatlıyıq:

"Hadisə ilə bağlı aidiyyəti üzrə müvafiq polis bölməsində təhqiqat aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək".

Xatırladaq ki, insidentlə bağlı məlumatı Teleqraf.com saytı yaymışdı.

Tarix
2024.06.11 / 14:39
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla