Yuxarı

THY-dən aparıcının iddialarına cavab

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
THY-dən aparıcının iddialarına cavab

Aparıcı Nigar Mahmudova ötən gün İnstaqram hesabında paylaşım edərək, Türk Hava Yollarından bilet alsa da, onu təyyarəyə buraxmaq istəmədiklərini bildirib. Nigarın dediyinə görə, ona ehtiyatda olan sərnişin olduğunu bildiriblər.

Axar.az xəbər verir ki, Türk Hava Yollarının Bakı ofisinin əməkdaşı Afiq Rüstəmov Teleqraf.com-a açıqlamasında sərnişinin məlumatlarında problemin olduğu halda onun "ehtiyatda olan sərnişin" kimi qeydə alındığını bildirib:

“Məsələn, şəxsin ad-soyadında problem aşkarlanarsa, yetkin insan uşaq bileti alarsa, cinsini səhv seçərsə və bu kimi səbəblər olarsa, o, ehtiyatda olan sərnişin kimi nəzərdə tutulur. Ola bilər ki, təyyarə dolub, amma həmin təyyarədə uçmalı olan bir neçə sərnişin var. Onların yola salınması üçün ehtiyat sərnişinə və ya tək uçan şəxslərə təklif irəli sürülür ki, sizi növbəti reyslə yola salaq. Bunun əvəzində onlara kompensasiya ödənilir. Sərnişin razı olarsa, ona kompensasiya ödənilir və sonrakı reyslə yola salınır".

Türk Hava Yollarının Bakı ofisinin əməkdaşı deyir ki, sərnişin razı olmazsa, heç kim onu yerindən tərpədə bilməz:

"Əksər hallarda sərnişinlər razılaşır və müəyyən məbləğdə kompensasiya alırlar. Kompensasiyanın məbləği müxtəlifdir. Təxminən 400-500 avro arası olur. Biletdən baha da, biletin qiymətində də ola bilir.

Bir hal da var ki, təyyarədə iki sərnişinin ad-soyadı, ata adı təsadüfən eyni ola bilər. Bu da şübhəli məqam sayılır. Ona görə hər iki sərnişin şübhəli hal kimi yoxlanılır".

Tarix
2024.06.11 / 14:08
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədə Azərbaycanı düşmən sayanların sayı... - Nə baş verir?

Türk fenomen Azərbaycanı qınayanları susdurdu - Video

İlham Əliyevin Formula-1-lə bağlı paylaşımı - Video

Keçmiş deputat vəzifədən azad edildi

Biz bu sistemə sadiq qalırıq - Ceyhun Bayramov

İlham Əliyev bu tədbirdə iştirak etdi - Video

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

İlham Əliyev Məhəmməd Ben Sulayem ilə görüşdü

Əli Əsədov suriyalı nazirlə görüşdü - Foto

Prezident Bakıda mühüm forumda... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla