Yuxarı

Duzdağ Naxçıvan SN-in tərkibindən çıxarıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Duzdağ Naxçıvan SN-in tərkibindən çıxarıldı

Duzdağ Fizioterapiya Mərkəzi Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılıb.

Axar.az Report-a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 11 iyun 2024-cü il tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısının təsdiq edilməsi haqqında” 2011-ci il 26 noyabr tarixli Qərarında dəyişiklik edilərək “Duzdağ Fizioterapiya Mərkəzi” publik hüquqi şəxsi həmin siyahıdan çıxarılıb.

Eyni zamanda, “Duzdağ Fizioterapiya Mərkəzi” publik hüquqi şəxsinin işçiləri üçün stimullaşdırıcı əlavələrin həddinin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2018-ci il 13 sentyabr tarixli Qərarı ləğv edilib.

Tarix
2024.06.11 / 18:49
Müəllif
Axar.az
Digər xəbərlər

Hikmət Hacıyev Kevin Hamiltonla görüşdü - Foto

Azərbaycan nümayəndələri Ermənistana gedəcək

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla