Yuxarı

Liftə minən qadınlardan biri 150 kq olub - Şərurlu İsfəndiyar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Liftə minən qadınlardan biri 150 kq olub - Şərurlu İsfəndiyar

Məlum olduğu kimi, ötən gün Xətai rayonu, Xudu Məmmədov küçəsində yerləşən Şərur MTK yaşayış kompleksində lift qırılıb. Hadisə nəticəsində 8 nəfər (5-i qadın, 3-ü kişi olmaqla) xəsarət alıb. Onlardan 7 nəfəri Sabunçu Tibb Mərkəzinə, 1 nəfəri Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Axar.az xəbər verir ki, məsələ ilə bağlı Unikal.az-a danışan Şərur MTK-nın sahibi, tikinti maqnatı kimi tanınan İsfəndiyar Axundov hadisənin baş verməsinin səbəbini açıqlayıb.

"Liftin qarşısında yazılıb ki, 4 nəfərlikdir. Onlar isə 8 nəfər miniblər. Özü də liftə minən qadınlardan birinin 150 kiloqram çəkisi var. Zorla sığışıblar. Liftin də yükgötürmə qabiliyyəti var. İkiqat, bəlkə də üçqat yüklənib. Kiməsə qonaqlıq veriblər, kefli olublar. Nəticədə belə hadisə baş verib".

Şərurlu İsfəndiyar məlum hadisədən sonra sosial şəbəkələrdə Şərur MTK-nın tikdiyi binalarda liftlərin keyfiyyətsiz olması barədə yayılan iddialara belə cavab verib: "Kim nə yazır, özü bilər. Sağ olsunlar".

Tarix
2024.06.14 / 14:02
Müəllif
Axar.az
Digər xəbərlər

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İlham Əliyev braziliyalı həmkarını təbrik etdi

Azərbaycan haqda dediklərinizin nəticələrini anlayırsımızmı?

Ərdoğanı Bakıya gətirən səbəb...

Azərbaycana gedirəm, ümid edirəm ki... - Ərdoğan

Ermənipərəst senatorla biz yox, onlar mübarizə aparacaq

Paşinyan Türkiyəyə gedir

Ərdoğan Azərbaycana gəlir - Təcili

ABŞ-da seçki: Demokratlar qalib gəlir

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla