Yuxarı

İsfəndiyarın “150 kilo qadın” rişxəndi: Özünə baxırmı?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Həzi Aslanov” metrosu yaxınlığında, Şərur MTK-a məxsus yaşayış binasında liftin trosu qırılıb, 8 nəfər xəsarət alıb – 5-i qadındır, 3-ü kişi.

Media Şərur MTK-nın rəhbəri İsfəndiyar Axundovdan – Şərurlu İsfəndiyardan hadisəyə münasibət öyrənib. Adam deyib ki, lift 4 nəfər üçündür, 8 nəfər minməklə lifti yükləyiblər – yəni günah özlərindədir, haqq olub.

Bununla da kifayətlənməyib, xəsarət alan, hazırda xəstəxanada olan qadınlardan biri haqda xoş olmayan söz işlədib, onun 150 kilo olduğunu iddia edib – yəni İsfəndiyarın trosu demək 150 kiloluq qadına görə qırılıbmış.

Maqnatın yenə ürəyi soyumayıb, onların qonaqlıqdan gəldiyini, sərxoş olduqlarını, ona görə 8 nəfərin bir liftə “zorla mindiyini” də dilə gətirib.

Əvvəla: bilmirəm, doğrudan da xəsarət alan qadınlardan biri 150 kilodur, ya yox, ancaq bir kişi heç bir halda, xüsusilə xəsarət alan xanım haqda o sözü işlətməyi özünə sığışdırmamalıdır.

İkincisi, o liftin trosunun dözməməsi, qırılmasını 8 nəfərin üstünə atmaq, “üstündə 4 nəfər yazılıb, o qədər də minərdilər, indi ki, 8 nəfər minib, əcəb olur” məntiqi ilə bir qəzaya reaksiya vermək səhv düşüncədir və bu düşüncə yalnız var-dövlətin insanı çaşdırmasından doğur.

Ağac bar verəndə başını aşağı dikir. Nədənsə, bizdə varlananlar onları varlandıran adamları ayaqlarının altına almaqdan, yaxud onlara pul qazandıranları aşağılamaqdan zövq alırlar. Axı, hər necə də olsa, bu insanlar sənin tikdiyin binadan ev alıblar, sənə pul qazandırıblar. Heçmi onlara minnətdarlıq hissi keçirmirsən?

Bütün məsuliyyət birbaşa – bir daha altını cızaq, BİRBAŞA Şərur MTK-nın üzərinə düşür. Niyə?

Adi bir sistemdir, bütün dünyada normal liftlərin hamısında o sistem qoyulur – üstünə yazılır ki, liftin daşıyıcı gücü, məsələn, 400 kq-dır, əgər 401 kq yük olursa, liftin siqnalı işə düşür, hərəkət etmir, qapısı dərhal açılır. Yük artıqdırsa, sistemi elə qur ki, lift işləməsin, əgər lift “artıq yük”lə çalışırsa, trosu elə qoy ki, qırılmasın!

Şərurlu İsfəndiyar bunu bilmir, yoxsa milləti ələ salır? Özünə bəraət üçün başqa sözü yoxdur, yoxsa insanları dolamaqdan həzz alır?

Yeri gəlmişkən, mənə maraqlıdır, Şərurlu İsfəndiyarın özü neçə kilodur?

Şəkillərində heç də boyuna uyğun ideal çəkidə olduğu görünmür...

Tarix
2024.06.14 / 15:40
Müəllif
Şeyx Teymur
Digər xəbərlər

İlham Əliyevdən COP29-la bağlı açıqlama

Konstitusiyadan bu ifadə çıxarılmasa, sülh olmayacaq!

Prezident Aleksandr Vlaskampı qəbul etdi

Qarabağ həmişə Azərbaycanın olub - Simonyan

Azərbaycanın BRİKS-ə qoşulmaq istəyi... - Hacıyev

İtkin düşmüş bir neçə azərbaycanlının taleyi... - BMT rəsmisi

BRİKS-lə əməkdaşlıq Bakının maraqlarına cavab verir - Səfir

General işdən çıxarıldı, vəzifəsi ona həvalə edildi

Bakı ilə Brüssel arasında siyasi məsləhətləşmələr oldu

İsrail Azərbaycan əsilli 7 İran casusunu həbs etdi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla