Yuxarı

Şuşa Bəyannaməsinin 3 ili: Təhlükəsizliyin qarantı…

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ulu Öndər Heydər Əliyevin “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” aforizmləri, əslində, iki ölkə arasında strateji müttəfiqlik əlaqələrinin qısa konseptual formada ifadə edilmiş ideoloji əsası olub. 2021-ci ilin iyunun 15-də Azərbaycan və Türkiyə Prezidentləri tərəfindən Şuşa şəhərində iki qardaş ölkənin imkanlarının birləşdirilməsini və maraqlarının birgə müdafiəsini nəzərdə tutan unikal tarixi sənədin – “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması ilə bu münasibətlər artıq rəsmi xarakter almış oldu.

Axar.az xəbər verir ki, bu sözləri Şuşa Bəyannaməsinin imzalanmasının 3-cü ildönümü ilə əlaqədar mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputatın fikrincə, Şuşa Bəyannaməsinin ən mühüm özəlliklərindən biri də bu tarixi sənədin Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesaj olmasıdır:

“Bu Bəyannamə mahiyyət etibarı ilə hər iki ölkənin stabil, inkişaf edən və təhlükəsiz gələcəyinə hesablanmış bir sənəddir. Bu gün ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir və bütün sahələrdə keyfiyyətcə daha yüksək işbirliyinin təminatı kimi çıxış edir”.

K.Qafarov Şuşa Bəyannaməsinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə yeni sərmayə qoyuluşunun stimullaşdırılması məsələsində mühüm rol oynadığını vurğulayıb:

“Artıq dörd ildir ki, Azərbaycan işğaldan azad edilmiş torpaqlarında möhtəşəm bərpa və yenidənqurma işləri həyata keçirir. Bölgədə gedən proseslər bunu deməyə əsas verir ki, Şuşa Bəyannaməsinin icrası əraziyə yeni sərmayə qoyuluşu prosesini stimullaşdırır. Regionun artan investisiya potensialı isə yeni iqtisadi münasibətlərin formalaşmasını şərtləndirir. İşğaldan azad olunmuş ərazilərimizin və ümumilikdə regionun onsuz da yüksək olan investisiya potensialı getdikcə daha da artır. İşğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma və bərpa işlərində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur və bu əməkdaşlıq getdikcə daha da dərinləşir. Qarşılıqlı investisiya qoyuluşları ölkələrimizin iqtisadiyyatının daha sürətli inkişaf etməsinə, zəruri sahələrin genişləndirilməsinə, strateji sahələrin daha da təkmilləşdirilməsinə şərait yaradır, inteqrasiyanı dərinləşdirir”.

K.Qafarov Şuşa Bəyannaməsinin həmçinin regional sülhü təmin edən mühüm sənəd olduğunu diqqət mərkəzinə çəkib:

“Şuşa Bəyannaməsi bütün Cənubi Qafqaz regionunda sülhün və təhlükəsizliyin əsas qarantı kimi çıxış edən vacib tarixi sənəddir. Müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin Bəyannamədə əks olunması tarixi nailiyyətdir. Müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı ölkələrin hərbi qüdrətini artıracaqdır. Şuşa Bəyannaməsi imzalanarkən Azərbaycan Prezidenti İlham Əliyev bu siyasi aktın tarixi əhəmiyyətini vurğulayaraq deyib: “Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir. Bəyannamədə beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur...” Şuşa Bəyannaməsi həm də Ermənistandakı revanşist qüvvələrə mühüm ismarıcdır. Şuşa Bəyannaməsi ilə Türkiyə açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünün pozulması, dövlət sərhədlərinə təhdid kimi halların baş verməsi halında, ordu ilə ölkəmizin yanında yer alacağını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır”.

Tarix
2024.06.16 / 12:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

General Volkov Araikə niyə təriflər yağdırıb?

Klaarı Qrono əvəzlədi: Bakıya gəlişi nəticəsiz olacaq

Mirmahmud Mirəlioğlu elə bir YAP-çı ilə üz-üzə gəldi ki…

Bakı və Buxarest arasında məsləhətləşmələr keçirildi

44 günlük müharibə zamanı İran… - Ağacanyandan etiraf

Qazaxıstanda hərbçilərin “Noldu, Paşinyan?” rəqsi - Video

YAP-ın Vasif Talıbovun dairəsindən namizədi bəlli oldu

YAP-ın siyahısındakı sürpriz adlar...

Paşinyan arvadı ilə Londona getdi - Əliyevlə görüşəcək?

ABŞ-ın “çətin kompromis” mesajı: Bakıdan 3 güzəşt istənilir

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla