Yuxarı

Sərxoş sürücü zəncirvarı qəza törətdi - Fotolar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sərxoş sürücü zəncirvarı qəza törətdi - Fotolar

Sərxoş sürücü Bakıda zəncirvarı qəza törədib.

"Axar.az" APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Səbail rayonunda, Salyan şosesinin 4-cü kilometrliyində qeydə alınıb. 31 yaşlı Elmir Rzayev "Opel" markalı avtomobillə köməkçi yoldan əsas yola çıxmaq istəyərkən hərəkətdə olan iki avtomobili vurub.

Sürücü idarə etməni itirərək avtomobili əvvəlcə Bayıl qəsəbəsindən Bibiheybət istiqamətində hərəkətdə olan 42 yaşlı İsmət Nəcəfovun idarə etdiyi "QAZel" markalı yük maşınına, daha sonra 28 yaşlı Elgün Abdullayevin idarə etdiyi "VAZ-2107 " markalı minik avtomobilinə çırpıb. Xəsarət alan olmasa da avtomobillər yararsız hala düşüb.

Hadisə yerinə gələn yol patrul xidmətinin əməkdaşları avtomobilləri cərimə meydançasına, qəzanı törətmiş sürücünü isə polis bölməsinə aparıblar.

Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin inspektoru Azər Vəliyev APA-ya bildirib ki, ilkin ehtimallara görə qəzaya "Opel"in sürücüsünün avtomobili içkili idarə etməsi səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2014.02.11 / 08:40
Müəllif
Axar.az
Digər xəbərlər

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

Azərbaycanın ədalətli mübarizəsi Türk dünyasını qürurlandırdı

Ərdoğan İlham Əliyevi təbrik etdi

Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir

Biz artmadıq, Azərbaycan isə 10 milyon oldu

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Husilər Ərəbistanı vurmamaq üçün 51 milyard tələb edir

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla