Yuxarı

Gözümü oğluma dikmişdim, o da gün işığına həsrət qaldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Epilepsiya xəstəliyinin müalicəsində içdiyi dərmanlar onun gözlərini kor edib".

Bu sözləri "Axar.az"a içdiyi dərmanlardan gözləri kor olan Elməddin Həsənovun anası deyib.

Elməddinin 18 yaşı olsa da, müstəqil şəkildə hərəkət edə bilmir. Yemək yeyəndə belə, kiminsə yardımına ehtiyacı olur.

Elməddin də qaçmaq, oynamaq, dərs oxumaq istəyir. Deyir ki, gözləri açılsaydı, çoxlu kitab oxuyar, özünə dostlar qazana bilərdi. İndi isə evdən bayıra çıxa bilmir. Nə dostları, nə də tanışları var. Anası onunla bacardığı qədər çox vaxt keçirtməyə çalışsa da, bəzən buna macalı olmur.

Rübabə Hümbətova deyir ki, oğlunun gözünün tutulmasınının səbəbi epilepsiya xəstəliyində müalicə üçün içdiyi dərmanlar olub. On üç yaşından gözü tutulan oğlunun müalicəsi üçün illərdir çalışsa da, bir nəticəsi yoxdur.

Elməddinin gözlərini yerli həkimlər əməliyyat edə biləcəklərini söyləyir. Rübabə xanım isə həkimlərə güvənini itirdiyindən hər hansı bir əməliyyatın burda olmasını istəmir:

- Üç il bundan əvvəl oğlumu müayinə üçün Tehrana apardıq. Orda dedilər ki, iki ildən sonra gətirərsiz, əgər əməliyyat mümkün olsa edərik.

Rübabə xanımın dediyinə görə, indi onların buna imkanı çatmır. Bəlkə də yaxşı həkim olsa, oğlunun gözləri açıla bilər.

Ana yerli həkimlərə ümidini çoxdan itirməsəydi: "Bu komamı satıb oğlumun gözlərini açdırmağa belə hazıram. Amma hardan bilim ki, əməliyyatın nəticəsi nə olacaq? Həkimlərə ümidim qalmayıb, oğluma verdikləri dərmanlar onun gözlərini kor etdi, bu dəfə nə baş verəcəyini bilmirəm, ona görə də bu əməliyyatı etdirmək üçün yaxşı həkimlərə ehtiyac var. Evin tək oğludur, gözümü oğluma dikmişdim, amma yazıq balam gün işığına həsrət qalıb".

Təmizlikçi işləyib 140 manat maaş alan Rübabə Hümbətovanın isə buna imkanı çatmır. 4 ildir atasını itirən Elməddinin başqa ümid yeri də yoxdur.

Nənəsinin və anasının himayəsində yaşayan 18 yaşlı uşağın, müalicəsi üçün 70 yaşlı nənəsi də yardımını əsirgəmir. Yaşlı olmasına baxmayaraq, o da təmizlikçi işləyir ki, nəvəsinin müalicəsinə yardım əlini uzada bilsin.

Təki nəvəsi qaranlıq dünyadan xilas olsun.

Elməddin Həsənovun anasının da, 70 yaşlı qoca nənəsinin də ümidi yardımsevər insanlardır. Onu müayinə etdirmək üçün "Axar.az" vasitəsi ilə imkanlı şəxslərə müraciət edib, işıqlı həyata baxa bilməsi üçün yardım istəyir.

İşığınızı əsirgəməyin...

Tarix
2014.02.11 / 10:32
Müəllif
Vəfa Nağı
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla