Yuxarı

Mingəçevirdə bayrağımız zədələndi – Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mingəçevirdə bayrağımız zədələndi – Foto

Mingəçevir Bayraq Meydanında nasazlıq yaranıb.

Oxucuların Axar.az-a verdiyi məlumatda bildirilir ki, bayrağı saxlayan məftillər qırılıb, bayraq yerə düşüb, problemi isə İcra Hakimiyyəti aradan qaldırılmayıb.

Mingəçevir rayon icra başçısının müavini Məhluqə Cavadova Axar.az-a açıqlamasında faktı təsdiq edib və hadisənin güclü külək səbəbindən baş verdiyini deyib:

"Dünən bizim şəhərdə güclü külək əsib. Bu səbəbdən bayraq zədələnib. Onu aşağı salmaq istəyəndə elektrik mühərriki sıradan çıxıb. Mühərrikin təmiri də bir xeyli vaxt aparıb. Zavodda düzəlib gətirilənə qədər bayraq bükülmüş halda saxlanılıb. Mən özüm də orada olmuşam və təmirlə birbaşa maraqlanmışam, artıq nasazlıq aradan qaldırılıb".

Xatırladaq ki, Mingəçevir Bayraq Meydanının açılışı 2013-cü ilin aprelində Prezident İlham Əliyevin Mingəçevirə səfəri zamanı olmuşdu. Meydan şəhərin giriş hissəsində, Heydər Əliyev prospektində yerləşir. Bayraq dirəyinin hündürlüyü 42 metrdir.

Tarix
2016.03.18 / 11:56
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Qardaşım İlham Əliyevi səmimiyyətlə qucaqladım və...

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla