Yuxarı

Qazaxın işğaldan azad edilən kəndlərində nə iş görülür?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qazaxın işğaldan azad edilən kəndlərində nə iş görülür?

Qazaxın işğaldan azad edilən 4 kəndində artıq Dövlət Sərhəd Xidmətinin məntəqələri yaradılıb, Azərbaycan bayrağı dalğalandırılır.

Axar.az xəbər verir ki, bu fikirləri Globalinfo.az-a siyasi şərhçi Arzuman Abdulkərimov Qazaxın işğaldan azad edilən 4 kəndində hansı işlərin görüldüyü ilə bağlı sualımızı cavablandırarkən deyib.

Onun sözlərinə görə, həmin ərazilərdə kommunikasiyaların bərpası işləri davam etdirilir:

“Minalardan təmizləmə, yol, işıq və s. istiqamətdə işlər görülür. Tikintilərin başlaması və əhalinin sözügedən ərazilərə köçürülməsi ilə bağlı rəsmi məlumat yoxdur. Çünki burada hələ mina təhlükəsi tam sovuşmayıb və buna görə məskunlaşma ilə bağlı danışmaq tezdir.

Qazaxda olduğum müddətcə kənd sakinlərində böyük ruh yüksəkliyi müşahidə etdim. Bu kəndlərdən olan köçkünlər öz dədə-baba torpaqlarına dönməyi səbirsizliklə gözləyirlər. Həmin torpaqların yenidən özümüzünküləşdirilməsində Ali Baş Komandana minnətdarlıqlarını bildirirlər”.

Siyasi şərhçinin fikrincə, 2023-cü il antiterror əməliyyatlarından sonra Qazaxın 4 kəndinin hərbi münaqişə olmadan geri qaytarılması qürurverici hadisədir.

Tarix
2024.06.24 / 23:17
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla