Yuxarı

Heydər Əliyevlə bağlı kitabın təqdimatı keçirilib

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Heydər Əliyevlə bağlı kitabın təqdimatı keçirilib

İran İslam İnqilabının 35-ci ildönümü münasibətilə Bakıda təşkil olunan rəsmi qəbulda bu ölkənin Azərbaycandakı səfiri Möhsün Pakayinin yazdığı "Heydər Əliyev və İranla daimi dostluğa əsaslanan baxış" kitabının təqdimatı keçirilib.

112 səhifədən ibarət kitab "Xəzər Universiteti Nəşriyyatı" tərəfindən çap olunub. Kitabın redaktoru Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlıdır.

Kitabda səfir həm Heydər Əliyevə, həm də Azərbaycan-İran dostluq münasibətlərinə maraq və ehtiramını qeyd edir. Əsər H.Əliyevin sözləri və onların şərhləri üzərində qurulub, müəllif öz istək və fikirlərini H.Əliyevin ifadələri ilə əsaslandırmağa çalışıb.

M.Pakayin müəllifi olduğu kitabda Azərbaycan-İran münasibətlərini müxtəlif istiqamətlərdə təhlil edib, kütləvi informasiya vasitələri, İslami köklər, yardım, ticarət, neft və enerji, müştərək mədəni irslər, musiqi, ədəbiyyat, Qarabağ problemi kimi məsələləri İran-Azərbaycan dostluğu müstəvisində müzakirəyə çıxarıb. (Trend)

Tarix
2014.02.11 / 20:08
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevlə Ərdoğan Antalyada bunu nümayiş etdirdilər - Yılmaz

Yeni Konstitusiyanın qəbulu Ulu Öndərin adı ilə bağlıdır

Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım etdi

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla