Yuxarı

Sərnişinlə mübahisə edən sürücü cəzalandırıldı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sərnişinlə mübahisə edən sürücü cəzalandırıldı - Video

Xırdalan şəhəri istiqamətində hərəkət edən 135 saylı marşrut avtobusunun sürücüsünə töhmət verilib.

Axar.az xəbər verir ki, bunu "Xaliq Faiqoğlu" şirkətinin mətbuat katibi Nizam Rzayev deyib.

O qeyd edib ki, sosial şəbəkələrdə yayılan və mübahisəni əks etdirən görüntülər araşdırılıb.

"17.07.2024-cü tarixində 135 saylı xətt üzrə hərəkət edən "İsuzu Citibus" markalı 10 TH 326 qeydiyyat nişanlı avtobusda kondisioner sistemindəki nasazlıq səbəbindən yaranmış problem ilə bağlı sərnişinlə sürücü arasında mübahisə baş verib.

Araşdırma zamanı sərnişinlərdən birinin avtobusun salonunda sürücünün ünvanına nalayiq ifadələr işlətməsi, daha sonra sürücüyə yaxınlaşaraq əl-qol hərəkətləri ilə mübahisəni davam etdirməsi məlum olub. Avtobusda kondisionerlə bağlı texniki nasazlığın olduğunu bildirən sürücünü təhqir edən sərnişin münaqişəni israrla davam etdirib. Özünü ələ ala bilmədiyini deyən sürücü daha sonra bir neçə dəqiqə işə davam edə bilməyib və sərnişinlərdən müvəqqəti olaraq nəqliyyat vasitəsini tərk etməsini xahiş edib.

Məsələ ilə bağlı sürücü barəsində daxili təlimatlara uyğun olaraq tədbir görülüb. Sürücü gələcəkdə yarana biləcək bu kimi hallarla bağlı yenidən təlimatlandırılıb. Onun izahatı alınaraq barəsində töhmət elan edilib", - deyə məlumatda vurğulanır.

Xatırladaq ki, ötən gün sosial şəbəkələrdə 135 saylı marşrut avtobusunda sürücünün kondisioneri yandırmaması səbəbindən mübahisə düşməsini özündə əks etdirən videogörüntü yayımlanmışdı.

Tarix
2024.07.18 / 15:35
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyandan etiraf: İlham Əliyevlə şəxsi söhbətlər zamanı…

Ərdoğan sabah Şuşaya gəlir

Azərbaycanla bağlı qürur hissi keçirirəm - Süleymenov

Prezident Qarabağ müharibəsindən görüntülər paylaşdı

Prezidentdən Qarabağa səfərlə bağlı - Video

Bu, türk dünyasının başını ucaltdı - Video

Şərifdən İlham Əliyevə: Sizi səbirsizliklə gözləyirik!

XİN-dən 8 Noyabrla bağlı - Bəyanat

Maohi Nuidə təbii sərvətlər üzərində suverenlik elan olundu

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla