Yuxarı

Müdafiə naziri veteranı mükafatlandırdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Müdafiə naziri veteranı mükafatlandırdı

Nazir müharibə veteranı meddala təltif etdi.

"Axar.az" "AzNews.az"a istinadən xəbər verir ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə gənclərin hərbi vətənpərvərlik tərbiyəsində, Silahlı Qüvvələrin şəxsi heyətinin mənəvi-psixoloji hazırlığının yüksəldilməsində xidmətlərinə və anadan olmasının 90 illik yubileyi münasibətilə Böyük Vətən müharibəsinin veteranı, Yardımlı rayon Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının sədri Şahbaz Əli oğlu Hüseynov Azərbaycanın Prezidenti adından "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı ilə təltif edilib və ona təbrik ünvanlanıb.

Yardımlı şəhərindəki Heydər Əliyev Mərkəzində Rayon İcra Hakimiyyəti rəhbərliyinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən mərasimdə Müdafiə Nazirliyinin zabiti Abdulla Qurbani medalı və nazirin təbrik məktubunu yubilyara təqdim edib.

Veteranlar Şurasının sədri Şahbaz Hüseynov bu qayğı və diqqət üçün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və Müdafiə naziri general-polkovnik Zakir Həsənova minnətdarlığını bildirib.

Tarix
2014.02.12 / 11:19
Müəllif
Axar.az
Digər xəbərlər

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla