Yuxarı

Əmi və bibisinin tövləsini yandırıb 16 min ziyan vurdu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əmi və bibisinin tövləsini yandırıb 16 min ziyan vurdu

Cəlilabadda yanğın hadisəsi olub.

Axar.az APA-ya istinadla xəbər verir ki, hadisə Cəlilabad rayonunun Komanlı kəndi ərazisində qeydə alınıb. Kənd sakinlərinə məxsus iki tövlə, içərisində 8 baş iribuynuzlu heyvan və 550 bağlama otla birlikdə yanıb.

Bu barədə polisə məlumat verilib.

Həmin yardımçı tikililəri qəsdən yandırmaqda şübhəli bilinən zərərçəkmişlərin qohumu Qabil Nəzərov polis əməkdaşları tərəfindən saxlanılıb. İlkin araşdırma zamanı həmin şəxsin qonşuluqda yaşayan əmisi və bibisinə məxsus tövlələri yandırmaqla onlara ümumilikdə 16 min manata yaxın ziyan vurduğu məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Tarix
2024.07.23 / 17:48
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

Azərbaycan XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla