Yuxarı

İnstituta direktor təyin edildi – Özəl

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İnstituta direktor təyin edildi – Özəl

AMEA-nın müxbir üzvü Teymur Kərimliyə M.Füzuli adına Əlyazmalar İnstitutunun direktor vəzifəsinin icrası həvalə edilib.

Bu barədə "Axar.az"a Akademiyadakı mənbələrdən məlumat daxil olub.

Qeyd edək ki, T.Kərimli indiyədək Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini işləyirdi. 2007-ci ildən AMEA-nın müxbir üzvüdür. 47 elmi iş, 3 monoqrafiyanın müəllifidir.

Hələlik, yeni təyinatla bağlı Əlyazmalar İnstitutunun kollektivinə heç bir informasiya verilməyib. İnstututun informasiya şöbəsindən "Axar.az"a bildiriblər ki, yeni direktorun təyinatı barədə onlarda rəsmi məlumat yoxdur.

Bu vaxta qədər Əlyazmalar İnstitutuna filologiya elmləri doktoru Məmməd Adilov rəhbərlik edib. Onun vəfatından sonra bu vəzifəni müvəqqəti olaraq filologiya elmləri doktoru Paşa Kərimov icra edirdi.

Xatırladaq ki, AMEA institutlarına direktorlar seçki yolu ilə müəyyənləşir. 2014-cü il yanvarın 28-də AMEA 36 qurumundan 23-nə direktor seçkisini elan edib və namizədlər irəli sürülür. Direktor seçkisi elan edilən elmi-tədqiqat müasisələri içərisində Əlyazmalar İnstitutu da var.

Tarix
2014.02.12 / 12:17
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla