Yuxarı

Köməksizəm, qızımla küçədə qala bilərəm…

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda Xətai rayonu ərazisində kirayə mənzildə yaşayan Reyhan Cəlil qızı Rzayeva ögey qardaşının onu aldadaraq dələduzluq etdiyini, evini satdığını iddia edib. Bildirir ki, qızı 1-ci qrup əlil, yataq xəstəsi olduğu üçün bütün diqqətini ona verib. Qardaşı da onun bu durumundan – başının qızına qarışmasından istifadə edərək, evini satıb.

Məsələ ilə bağlı Axar.az-a şikayət ünvanlayan vətəndaş yaranmış vəziyyətin onu çətin durumda qoyduğunu bildirib.

Hazırda bir sıra maddi çətinliklərlə üzləşdiyini vurğulayan zərərçəkən 33 yaşlı yataq xəstəsi qızı ilə küçələrdə qalmaq təhlükəsi ilə üzləşə biləcəyini açıqlayıb:

“59 yaşım var. Uzun illər - 17 yaşımdan Səbail Rayon İcra Hakimiyyətində işləmişəm. Altı il əvvəl də başımıza faciə gəldi. Qızım - Ülkər Kamran qızı Rzayeva yatağa düşdü. Hazırda da 1-ci qrup əlil olan qızımla birgə yaşayıram. Bu səbəbdən işləyə bilməyim də mümkün deyil. Çünki o, köməksizdir, hərəkət edə bilmir. Ona görə də vəziyyətimiz ağırdır. Hər an kirayə qaldığımız evdən çıxarıla bilərik”.

O, maddi vəziyyətinin pisləşməsinə doğmalarının səbəb olduğunu deyib:

“Anam – ona ana deməyə də dilim gəlmir, çünki layiq deyil – atamla beş yaşım olanda boşanıb. Bir il sonra da başqası ilə evlənib. Həmin adamdan isə iki uşağı olub. O uşaqları da atıblar mənim üstümə, özüm baxmışam. Üstəlik, uşaqlığım əzabın, işgəncənin içində keçib. Sonra ikinci əri anamı atıb getdi. Anam ölməmişdən əvvəl yıxılmışdı, komaya düşmüşdü. Ögey qardaşım Ceyhun Yaqub oğlu Nurəliyev bu vəziyyətdən istifadə edib, atamın mənə aldığı 20-ci Sahədəki evi guya anamın onlara verdiyini əsas gətirərək satıb. Evin digəri isə Bayıl qəsəbəsindədir və yaşayışa yararsızdır. Birotaqlı, daxma kimi yerdir”.

Şikayətçi qəzalı evlə bağlı aidiyyəti qurumlara müraciət etdiyini, ancaq heç bir cavab ala bilmədiyini bildirir:

“O yer qalmayıb ki, müraciət etməyim. Gəlirlər, qeydiyyata alırlar, gedirlər. Bir neçə gün sonra kirayəni verə bilmədiyim üçün yataq xəstəsi qızımla çöldə qalmalı olacağam, nə edim? Əvvəllər münasibətlərimiz yaxşı idi. Ögey bacımın evinə gedib, mənə belə etməməklərini, evimi qaytarmalarını açıq şəkildə istəmişəm. Amma heç kim dinləmir. Günah məndə olub ki, onları evimdə qeydiyyata almışam. Çox yaxşılıq etmişəm, böyüdüb təhsil vermişəm, əvəzində isə bu cür münasibətlə qarşılaşdım”.

Şikayətçi artıq heç bir ümidinin olmadığını, çarəsiz qaldığını da vurğulayıb:

“İndi hüquqlarımı bərpa edə bilmək üçün vəkil belə tutmağa imkanım yoxdur. İnsanlardan da, qurumlardan da xahiş edirəm ki, mənə köməklik etsinlər, çox çarəsizəm, nə edəcəyimi bilmirəm”.

Tarix
2024.07.26 / 13:07
Müəllif
Orxan Saffari
Digər xəbərlər

ABŞ-ın qardaş ölkəyə ədalətsiz sanksiyası…

Əliyevin tələbinə Paşinyanın hiyləgər cavabı...

Səfirimiz İranın vitse-prezidenti ilə görüşdü

Kiyev niyə türk respublikasına zərbə endirdi?

İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi

Azərbaycan D-8-də: ölkəmiz üçün yeni imkanlar açılır

Əliyev Rusiyanı başa saldı ki, bu, qəbuledilməzdir! - Markedonov

Hindistandan Bakıya silah satmaq üçün gülünc “şərt”

Bakı və İrəvan üçün tarixi fürsət yaranıb - Fidan

Zaur Hüseynov niyə işdən çıxarıldı? - Səbəb

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla