Yuxarı

Bakı Zooparkında natəmizlik - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı Zooparkında natəmizlik - Foto

Bakı Zooparkında vəziyyət heç də ürəkaçıcı deyil.

Axar.az-ın əməkdaşının verdiyi məlumata görə, hər zaman yerli sakinlərin, xüsusilə də uşaqların ziyarət etdiyi zoopark baxımsızlıq ucbatından yararsız hala düşüb.

Bayram günlərində zooparka baş çəkən əməkdaşımız xoşagəlməz vəziyyətlə qarşılaşıb. Zooparkda xüsusən, heyvanların saxlanıldığı qəfəslərdə, hovuzlarda natəmizlik baş alıb gedir.

Zooparka gələn ziyarətçilər də buradakı baxımsızlıqdan gileylənirlər. Heyvanların bəzisi - şirlər, dəvələr, öküzlər yara töküb, bəzisi aclıqdan öz nəcislərini yeyir. Timsahın suyu yetərincə olmadığı üçün hərəkətsiz qalıb.

Bakı Zooparkının direktoru Azər Hüseynov məsələ ilə bağlı Axar.az-a bunları dedi:

"Qəfəslərin balaca olmağı ərazi ilə əlaqədardır. Timsahın suyunu artıra bilmirik, çünki onun suyu bir az çox olanda isitmək olmur. Dəvələrə gəldikdə isə indi bu heyvanların tük tökən vaxtıdır".

Tarix
2016.03.29 / 08:45
Müəllif
Dilarə Zamanova
Digər xəbərlər

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla