Yuxarı

Qadın prokuror rəis müavini təyin edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qadın prokuror rəis müavini təyin edildi

Baş Prokurorluğun Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini təyin edilib.

Baş prokurorluğun Mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Selcan Familzadə Baş Prokurorluğun Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Selcan Familzadə 2016-cı ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunub. O, əvvəllər Ağsu rayon prokurorunun köməkçisi və Baş Prokurorluğun İstintaq idarəsinin böyük prokuroru vəzifələrində işləyib. Prokurorluq orqanlarında gender bərabərliyi nəzərə alınmaqla gənc, peşəkar və savadlı kadrların komplektləşdirilməsi bundan sonra da həyata keçiriləcək.

Tarix
2024.08.01 / 12:43
Müəllif
Axar.az
Digər xəbərlər

Nəsimi Ermənistana hansı silah-sursatla keçib?

Almaniya xarici işlər naziri Azərbaycana gəlir

Hacıyev AB-nin yüksəkvəzifəli rəsmiləri ilə görüşdü

Tramp-Putin-Si görüşü: dünyada nə dəyişəcək?

İlham Əliyevdən 17 Noyabrla bağlı paylaşım

Azərbaycanda Milli Dirçəliş Günüdür

Hikmət Hacıyev AB-nin xüsusi nümayəndəsi ilə görüşdü

Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında

3,7 milyonluq mənimsəmə işi: Keçmiş rəhbər nə dedi?

600-dən çox bal toplayanların hərbi xidməti ilə bağlı yenilik

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla