Yuxarı

Bu imtahan abituriyentə yalnız ziyan verir - Professor

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu imtahan abituriyentə yalnız ziyan verir - Professor

Jurnalistikadan qabiliyyət imtahanlarının keçirilməsi abituriyentlər üçün əlavə həyəcan, DİM üçünsə əlavə təşkilati qayğıdır. Ən pisi isə odur ki, bu imtahanın tədris üçün heç bir praktik faydası yoxdur. Çünki abituriyentin qəbulda yazdığı esse (inşa) ilə onun jurnalist qabiliyyətini aşkar etmək mümkünsüzdür.

Kult.az xəbər verir ki, bu sözləri professor Qulu Məhərrəmli deyib.

O qeyd edib ki, jurnalistika ədəbi yaradıcılıq sahəsi yox, cəmiyyətə bağlı sosial institutdur:

“Amma biz abituriyentə fantaziyanın gücü ilə esse yazdırmaqla (publisistika), onu ibarəli, obrazlı ifadə tərzinə yönəltməklə faktiki olaraq indidən jurnalistikanın, ilk növbədə isə fakta əsaslanan xəbərləmənin mahiyyətini təhrif edirik. Əsas məsələ odur ki, qabiliyyət imtahanının tətbiqindən sonra bu imtahanın xofuna görə jurnalistikaya sənəd verənlərin sayı kəskin şəkildə azalıb, qəbul balları və ümumi səviyyə isə çox aşağı düşüb. Yəni təcrübə göstərir ki, jurnalistika ixtisasına qəbulda qabiliyyət imtahanı tamamilə artıq bir şeydir və xeyirdən çox zərəri vardır. Əlbəttə, bu məsələyə başqa yanaşmalar da ola bilər, amma acı reallıq mən dediyim kimidir”.

Xatırladaq ki, ötən gün Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil ocaqlarında jurnalistika ixtisasına (bakalavr) qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirib. İmtahanda 900-ə yaxın abituriyent iştirak edib.

Tarix
2024.08.05 / 14:57
Müəllif
Aytac Araz
Digər xəbərlər

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla