Yuxarı

Metronun bu stansiyası gücləndirilmiş rejimə keçir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Metronun bu stansiyası gücləndirilmiş rejimə keçir

UEFA Çempionlar Liqası turnirinin III təsnifat mərhələsində “Qarabağ” Futbol Klubunun bu gün keçirəcəyi oyunla əlaqədar Bakı Metropoliteni QSC-nin iş rejimində dəyişikliklər ediləcək.

QSC-dən Axar.az-a verilən məlumata görə, Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:00-da başlanacaq görüş ərəfəsində yaxınlıqda yerləşən “Gənclik” stansiyası metronun kütləvi tədbirlərlə əlaqədar əməliyyat planına uyğun olaraq, gücləndirilmiş iş rejimi şəraitində fəaliyyət göstərəcək.

Qarşılaşmaya maraq, həmçinin sərnişinlərin təhlükəsiz və rahat daşınması nəzərə alınaraq, stansiyada nəzarət mexanizmləri gücləndiriləcək. Bu məqsədlə növbətçilik cədvəli tərtib olunmaqla əlavə işçi qüvvəsi ayrılacaq. Stansiyada sərnişinlərin səmti daha rahat müəyyən etməsi, xüsusən matçdan sonra yönləndirilməsi əsas vəzifə olacaq. Ehtiyat tədbirlər “Nərimanov” və “28 May” stansiyalarında da görüləcək.

Qatarlar gün ərzində yay qrafikinin iş günləri cədvəli əsasında hərəkət edəcək. Zərurət yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq. Lakin qarşılaşma başa çatandan sonra qatarların hərəkəti “Gənclik” stansiyasının iş rejimi nəzərə alınmaqla xüsusi qaydada tənzimlənəcək.

Tarix
2024.08.06 / 10:26
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla