Yuxarı

Nazirlik Bakıda intihara cəhdlə bağlı məlumat yaydı - Yenilənib

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda çoxmərtəbəli binanın damına çıxaraq intihar edəcəyini bildirən şəxs xilas olunub.

Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsindən verilən məlumata görə, Şərifzadə küçəsi, 13 ünvanında yerləşən 18 mərtəbəli binanın damına intihar məqsədi ilə çıxan şəxsi bu dəqiqələrdə fikrindən daşındırmaq mümkün olub.

67 yaşlı kimliyi məlum olmayan kişinin xilas olunması üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birgə polislər də gəliblər.

Yasamal rayonunda 18 mərtəbəli binanın damına çıxaraq intihar etmək istəyən şəxsin kimliyi məlum olub.

Yasamal Rayon Polis idarəsinin 28-ci Polis Bölməsindən verilən məlumata görə, intihar etmək istəyən şəxs 1947-ci il təvəllüdlü İsrafil Nadir oğlu İsrafilovdur. Belə ki, İ. İsrafilovun özünü atmaq istədiyi binadan aldığı evin gec təhvil verildiyi səbəbindən özünə qəsd etmək istəyib. İ. İsrafilov hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən xilas edilib. (ANS)

21:01

Fövqəladə Hallar Nazirliyi fevralın 12-də Bakıda baş vermiş intihara cəhdlə bağlı məlumat yayıb.

"Axar.az"ın FHN-in rəsmi saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Yasamal rayonunda 1 nəfər kişi intihara cəhd edib.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, həmin şəxs özünü tikilməkdə olan çoxmərtəbəli yaşayış binasının 12-ci mərtəbəsindən atmaq niyyətindədir.

Xilasedicilər hüquq mühafizə orqanlarının əməkdaşları ilə birlikdə vətəndaşla müvafiq söhbətlər aparıb və bu zaman yaranmış əlverişli şəraitdən istifadə edərək intihara cəhdin qarşısı alınıb. Xilasedicilər intihara cəhd edən şəxsi aidiyyəti üzrə təhvil verib.

Tarix
2014.02.12 / 21:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla