Yuxarı

1 ildir quraşdırılan işıqfor niyə istifadəyə verilmir? - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
1 ildir quraşdırılan işıqfor niyə istifadəyə verilmir? - Video

Qəzaları azaltmaq, sıxlığı aradan qaldırmaq üçün bir ildən çoxdur ki, quraşdırılmış işıqfor hələ də istifadəyə verilməyib.

Axar.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, söhbət Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisindəki iki küçənin kəsişməsindən gedir.

Sürücülər tezliklə işıqforun istifadəyə verilməsini istəyirlər.

Məsələ ilə bağlı Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzindən bildirilib ki, qeyd edilən ünvandakı işıqforlar mərkəzin balansında deyil.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən isə qeyd edilib ki, paytaxtın küçə və prospektlərində piyadaların və nəqliyyat vasitələrinin hərəkət təhlükəsizliyi səviyyəsinin artırılması məqsədilə kompleks tədbirlər aparılır. Bu çərçivədə müxtəlif yol sahələrində nəqliyyat axını təhlil edilərək zəruri olan yerlərdə işıqforların quraşdırılması təmin edilir. Bu işlər sözügedən ərazidə də həyata keçirilib. Nizamlayıcının işə salınması üçün texniki tamamlanma işləri aparılır.

Daha ətraflı videomaterialı təqdim edirik:

Tarix
2024.08.10 / 10:58
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla