Yuxarı

Şagirdlərin saçını kəsən müavin işdən çıxarıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şagirdlərin saçını kəsən müavin işdən çıxarıldı

Tovuz Rayon Təhsil Şöbəsindən verilən məlumata görə, qeyd olunan fakt təsdiqini tapıb.

Bu barədə Axar.az-a Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorundan məlumat veriblər.

"Tovuz rayonu Cəlilli kənd tam orta məktəbinin direktor müavini Zeynəb Həsənova tərəfindən V sinifdə oxuyan bir neçə şagirdin saçının kəsilməsi faktı Tovuz Rayon Təhsil Şöbəsi tərəfindən araşdırılıb. Rayon Təhsil Şöbəsindən verilən məlumata görə, qeyd olunan fakt təsdiqini tapıb. Belə ki, həmin şagirdlərə saç düzümlərini qaydaya salmaları ilə bağlı bir neçə dəfə xəbərdarlıq edilməsinə baxmayaraq, onlar tapşırığa əməl etməyiblər. Zeynəb Həsənova bununla əlaqədar şagird və valideynlərlə bir daha söhbət etmək əvəzinə, etikadan kənar hərəkətə yol verərək uşaqların saçını kəsib. Qeyd olunan fakt müəllim-şagird münasibətlərində qeyri-pedaqoji hal kimi qiymətləndirilir və bu hərəkətinə görə Z.Həsənova barəsində qanunvericiliyə uyğun ciddi intizam tənbehi görülərək, o, bu gün tutduğu vəzifədən azad edilib".

Qeyd edək ki, Tovuz rayonunun orta məktəblərindən birində anlaşılmazlıq olub. Məktəbin dərs hissə müdiri Zeynəb Həsənova şagirdlərin saçını özü qırxıb.

Tarix
2016.04.01 / 14:02
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla