Yuxarı

Faktiki hava: Bu rayonlara yağış yağdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Faktiki hava: Bu rayonlara yağış yağdı

10:18

Avqustun 11-i saat 9:30-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən xəbərə görə, avqustun 11-i saat 9:30-a olan məlumata görə, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir qısamüddətli yağış yağıb, şimşək çaxıb.

Düşən yağıntının miqdarı: Gədəbəy, Zaqatala, Şəki, Qax, Laza (Qusar), Balakəndə 1 mm-dək olub. Şimal-qərb küləyi sarı xəbərdarlığa uyğun olaraq arabir Culfada 23 m/s, Bakıda və Abşeron yarımadasında 16 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 2.4 metrə çatıb.

Lerik, Daşkəsən, Göygöl, Qrız, Şahdağda duman müşahidə olunub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 35, Naxçıvan MR və Aran rayonlarında 37, dağlıq rayonlarda isə 28 dərəcəyədək isti olub.

***

Avqustun 11-i saat 17:00-a olan məlumata görə, Daşkəsən, Balakən, Zaqatala, Gədəbəy, Şəki, Qax, Qusar rayonlarında arabir qısamüddətli leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

Sarı xəbərdarlığa uyğun olaraq şimal-şərq küləyi arabir Neftçala, Culfada 20 m/s, Bakıda və Abşeron yarımadasında arabir 17 m/s, Naftalanda 16 m/s-dək güclənib.

Daşkəsən, Sarıbaş (Qax), Laza (Qusar), Şahdağda duman müşahidə olunub.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 31, Naxçıvan MR-da 32, Aran rayonlarında 30, dağlıq rayonlarda isə 23 dərəcəyədək isti olub.

Tarix
2024.08.11 / 17:10
Müəllif
Axar.az
Digər xəbərlər

Mehriban Əliyev Konstitusiya Günü ilə bağlı paylaşım etdi

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla