Yuxarı

Kürəkən qaynatasını bıçaqladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kürəkən qaynatasını bıçaqladı

Ağdam sakini qayınatasını bıçaqlayıb. Hadisə fevralın 12-də məcburi köçkünlər üçün salınmış Baharlı qəsəbəsində baş verib.

"Axar.az" APA-ya istinadən xəbər verir ki, 1979-cu il təvəllüdlü Şükürov Namiq Xosrov oğlu aralarında baş verən şəxsi münaqişə zəminində qayınatası, 1951-ci ildə anadan olmuş Umudov Umud İslam oğlunu döş qəfəsindən bıçaqlayıb. Kürəkən bu əməli qonaq gəldiyi qayınatası evində törədib. Yaralı Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

N. Şükürov Ağdam rayon Qalayçılar kəndindən məcburi köçkündür, hazırda Ağdam ərazisində Dördyol -1 qəsəbəsində yaşayır. O, Ağdam RPŞ-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Bıçaq xəsarəti alan U. Umudov isə Laçın rayonunun Şəlvə kəndindən məcburi köçkündür, Ağdam ərazisindəki Baharlı qəsəbəsində məskunlaşıb.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2014.02.12 / 23:02
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan ən iri neft təchizatçımızdır - Babiş

İlham Əliyev Kiriakos Miçotakislə görüşdü

Transsərhəd çaylarla bağlı işçi qrupu yaradıldı

Mirzoyanın Bayramovla söhbətdə əl hərəkəti… - Video

Dublində Əliyevlə Paşinyanın görüşü keçirildi - Video

Hikmət Hacıyev Alen Simonyanla müzakirə apardı - Video

İlham Əliyevin Britaniya baş naziri ilə görüşü gözlənilir

Ömüraliyev TİF-in Prezidenti təyin olundu

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Rumen Radevlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla