Yuxarı

"Qələbə itkisiz olmur" - Bəyanat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Qələbə itkisiz olmur" - Bəyanat

"Yeni Həyat" Humanitar və Sosial Dayaq İctimai Birliyi, " SAF Həyat Naminə" Gənclər İctimai Birliyi və "Azad Həmfikirlər" Gənclərin Maarifləndirilməsi İctimai Birliyi sön günlər cəbhədə yaranan gərginliklə bağlı bəyanat yayıb.

Azərtac xəbər verir ki, bəyanatda deyilir ki, Azərbaycan tərəfindən Ermənistana dəfələrlə atəşkəsi pozmamaq barədə xəbərdarlıq edilsə də, onlar bu xəbərdarlıqlara məhəl qoymayaraq tez-tez mövqelərimizi atəşə tuturdular. Atəşkəsin Ermənistan tərəfindən tez-tez pozulması cəbhə bölgəsində yaşayan dinc sakinlərin gündəlik həyatına ciddi mane yaradır və onlara maddi, mənəvi və fiziki olaraq zərər vururdu. Sonuncu dəfə Ermənistan silahlı birləşmələrinin aprel ayının 2-də saat 04: 00 radələrində Azərbaycana aid mövqeləri iri çaplı silahlardan, qumbaraatanlardan və toplardan atəşə tutmasına cavab olaraq Milli Ordumuz düşmənə layiqli cavab verdi. Məlumata əsasən, düşmənin canlı qüvvəsi ilə yanaşı, tankları və artileriya qurğuları məhv edilib və düşmən geri çəkilməyə məcbur olub. Hazırda əsgərlərimiz qarşı tərəfi susdurub və mövqelərində möhkəm dayanıblar. Bütün bunlar Azərbaycan dövlətinin iqtisadi, hərbi və siyasi gücünün göstəricisidir. Azərbaycan xalqı öz dövlətinin və onun Prezidentinin arxasında möhkəm dayanıb və ölkəmizdə hər kəsin Qarabağ haqqında bir düşüncəsi, bir məqsədi var. Ali Baş Komandan döyüş əmri verərsə, hər kəs bu əmrin arxasınca gedəcək. Dünən ölkə rəhbərinin Təhlükəsizlik Şurasının iclasını keçirdiyi məqamda sosial şəbəkələrdə Prezidentə dəstək məqsədilə hər kəsin qoyduğu ortaq mövqe bunun bariz sübutudur.

Bəyanatda qeyd olunur: "Bütün qələbələr itkisiz olmur. Bu döyüşlərdə də Azərbaycan tərəfi 12 şəhid verdi. Allahdan o şəhidlərimizə rəhmət diləyir, qəbirləri nurla dolsun deyirik".

Tarix
2016.04.03 / 18:00
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentlərin geniş tərkibdə görüşü keçirildi

Zelenski Qəbələdə: Əliyevlə təkbətək görüş keçirildi - Foto

Səhiyyə sistemi yeni mərhələyə keçdi - TƏBİB

Hacıyev çinli nazirlə bu əməkdaşlığı müzakirə etdi

Palata QHT Agentliyində nələr aşkarladı? - Faktlar

Kamran Əliyev İran səfirini qəbul etdi - Foto

Bakının önəmli mərkəz qismində əhəmiyyəti artmaqdadır

İrəvanda Türkiyə bayrağı yandırıldı - Bakıdan reaksiya

Azərbaycan qlobal güc balansını dəyişə bilər – Almaniya KİV-i

Azərbaycandan keçməklə Ermənistana buğda göndərildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla