Yuxarı

QHT-lərin hesablarından həbs götürülür

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
QHT-lərin hesablarından həbs götürülür

Baş Prokurorluq Azərbaycanda fəaliyyət göstərən Qeyri-Hökumət Təşkilatlarının (QHT) və onların rəhbərlərinin bank hesabları üzərindən qadağanın götürülməsi üçün məhkəmələrə təqdimat göndərib.

Bu barədə Report-a "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti, Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının koordinatoru Əliməmməd Nuriyev bildirib.

O deyib ki, məhkəmələr bununla bağlı qərarlar verərək banklara göndərirlər:

"QHT-lərin və onların rəhbərlərinin hesabları bankların müxtəlif filiallarında olduğu üçün bəzi ləngimələr olur. Burada müəyyən müddət lazımdır. Hər bir məhkəməyə təqdimat göndərilib. Yəni, məhkəmə qərar qəbul etdikdən sonra banklara təqdim edir. Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasına üzv olan təşkilatların və onların rəhbərlərinin şəxsi hesabları bağlı idi. Üzv olan səkkiz təşkilatdan üçünün hesabından qadağa götürülüb, sonrakı mərhələdə də beş təşkilatın bank hesabı üzərindəki qadağa götürüləcək".

Ə.Nuriyev qeyd edib ki, məsələ bu həftə ərzində tamamilə həllini tapacaq: "Həmin təşkilatların nümayəndələri hər hansı problemlə qarşılaşarlarsa, mənə müraciət edə bilərlər".

Tarix
2016.04.06 / 10:32
Müəllif
Axar.az
Digər xəbərlər

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

Azərbaycan buna sadiqliyini bir daha təsdiqləyir!

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla