Yuxarı

Satışa çıxarılan bu binanın qiyməti 2.47 milyon endirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Satışa çıxarılan bu binanın qiyməti 2.47 milyon endirildi

Bakıda hərrac vasitəsi ilə satışa çıxarılan binanın qiyməti 2.47 milyon manat ucuzlaşdırılıb.

Axar.az Trend-ə istinadən xəbər verir ki, Bakıda, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi, 108 ünvanında yerləşən xüsusi müsadirə edilmiş bina 22 milyon 232 min 700 manata yenidən satışa çıxarılıb.

Bununla bağlı Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 26 sentyabr 2024-cü il tarixdə hərrac keçiriləcək.

Bundan əvvə isə bina 27 avqust 2024-cü il tarixdə 24.7 milyon manata satışa çıxarılmışdı. Binanın ərazisi 18972.2 kvadrat metrdir.

Hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər satışa çıxarılan əmlaka sifariş vermək üçün Əmlak Xidmətləri Məkanına müraciət edə bilərlər. Hərraclarda sifariş və digər zəruri sənədləri təqdim etmiş, satılan əmlakın ilkin satış qiymətinin 10% həcmində behi ödəmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər. Sifarişlər Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək qəbul edilir.

Tarix
2024.09.06 / 13:12
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla