Yuxarı

Formula 1 yarışına bütün biletlər satıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Formula 1 yarışına bütün biletlər satıldı

Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi 2024-ə olan maraq gözləntiləri üstələyib.

Bakı Şəhər Halqası (BHŞ) Əməliyyat Şirkətindən Axar.az-a verilən məlumata görə, sentyabrın 13-15-də keçiriləcək yarışa bütün tribuna biletləri satılıb.

Azarkeşlərin böyük marağı səbəbindən bu il Bakı yarışının 8 tribunasına "Zəfər" və "Qız Qalası" tribunaları əlavə edilib. Yarış tribunalarının ümumi tutumu ötən ilə nisbətdə 35 faiz artırılıb.

Builki yarış yalnız azarkeşləri deyil, bütün dünyanın diqqətini yenidən Bakıya yönəldəcək. Azərbaycan Qran-Prisi azarkeşlərə təkcə bolidlərin səs-küyünü deyil, həm də xüsusi əyləncə proqramları ilə dolu bir həftəsonu vəd edir. Dördgünlük bilet sahibləri yarışı izləməklə yanaşı Pit zolağı gəzintisi və sentyabrın 13-14-də baş tutacaq dünya ulduzlarının konsert proqramlarında iştirak edəcəklər.

Formula 1 Azərbaycan Qran-Prisi Bakı küçələrində daha bir möhtəşəm rəqabətə hazırlaşır.

Tarix
2024.09.10 / 18:47
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla