Yuxarı

Kəlbəcərə gedən yol təmir olunur

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kəlbəcərə gedən yol təmir olunur

Tərtərin mərkəzindən Şıxarxa gedən avtomobillərin rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün tədbirlər görülür. Cəbhə kəndinə aparan yol yenidən qurulur.

Axar.az Kəpəz TV-yə istinadən xəbər verir ki, Azəravtoyol Açıq Səhmdar Cəmiyyətinin 58 saylı Xocalı Yol İstismar İdarəsinin kollektivi Tərtər-Kəlbəcər avtomobil yolunun Şıxarx kəndi ərazisində keçən hissəsinin əsaslını təmirini davam etdirir.

Artıq yolun 1,5 kilometri müasir tələblər səviyyəsində yenidən qurularaq istifadəyə verilib. Tərtər-Kəlbəcər avtomobil yolunun bu hissəsi kəndlə Tərtər rayonunun mərkəzini birləşdirir.

"Bizim gələcək perspektiv planlarımızda Goranboy-Ağcakənd istiqamətində yarımçıq qalan 8 kilometr hissənin təmirinə başlanacaq. Allah qismət etsin, biz bu yolumuzu Kəlbəcərə qədər çəkək. Xalqımız da bu yoldan rahatlıqla istifadə etsin", - 58 saylı Xocalı Yol İstismar İdarəsinin rəisi Məzahir Səlimov deyib.

Təmir işləri zamanı yolun üzərində olan su keçidləri yenilənib. Əsaslı təmir işlərini qısa vaxt ərzində başa çatdırmaq üçün kifayət qədər işçi qüvvəsi və texnika ayrılıb. Asfalt işləri yekunlaşdıqdan sonra yol nişanları quraşdırılacaq, piyada keçidləri üçün zolaqlar salınacaq.

Tarix
2016.04.08 / 15:21
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla